Türkiyədə növbəti terror aktı

 

Türkiyədə növbəti terror aktı baş verib.

"Anadolu" agentliyi xəbər verir ki, hadisə Hakkari vilayətində qeydə alınıb. PKK terror təşkilatı üzvlərinin Hakkari-Çukurca magistral yoluna yerləşdirdiyi partlayıcı qurğu içində hərbçilərin olduğu avtomobil ərazidən keçərkən işə düşüb. Nəticədə partlayış baş verib.

Hadisə zamanı 3 əsgər yaralanıb.

Xəsarət alanlar təcili yardım maşınları ilə Hakkari Dövlət Xəstəxanasına aparılıb.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}