Əflatun Amaşov:”Sosial şəbəkənin fəaliyyətini tənzimləyən yeni qanuna ehtiyac var”

Azərbaycanda internet resursları, o cümlədən sosial şəbəkələri, blogerlərin fəaliyyətini tənzimləyən qanun layihəsinin hazırlanması təklif olunur. Bu təşəbbüslə Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, Mətbuat Şurasının sədri Əflatun Amaşov komitənin iclasında çıxış edib.

 

O qeyd edib ki, bu gün dünyada blogerlərin fəaliyyəti başqa cür dəyərləndirilsə də, Azərbaycanda buna yanaşmada fərqli baxış var və onun fəaliyyətinin sərhədləri müəyyən edilməyib: "Ona görə də, bu sahənin fəaliyyətini tənzimləyən yeni qanuna ehtiyac var”.

 

Milli Məclisin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin sektor müdiri Sarvan Sadıqov da bu təşəbbüsü dəstələyib: "Kim nə istəyirsə, onu da yazır. Odur ki, bu sahədə bir xaos hökm sürür. Ona görə də bu sahənin qanunla tənzimlənməsinə ciddi ehtiyac var”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}