Bakıda kişini öldürmək üçün havalandırma qurğusunun içərisinə atdılar

 

Bakıda vətəndaşa inanılmaz işgəncə verilib.

"BakuPost” xəbər verir ki, Asif Mehrəliyev adlı şəxsi metronun "Koroğlu” stansiyasının yaxınlığında yerləşən "Alov” restoranın havalandırma qurğusunun içərisinə atıblar. Onu çıxarmaq uçun Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Zərərçəkən bildirib ki, onu öldürmək məqsədi ilə gecədən ora atıblar.

Xoşbəxtlikdən həmin vaxt restoran bağlı olduğundan o sağ qalıb. Faktla bağlı araşdırma aparılır.

Lent.az-ın əldə etdiyi məlumata görə, xilas edilən şəxs 1988-ci il təvəllüdlü Mehrəliyev Asif Çingiz oğludur. Onu metrodan istifadə edən şəxslər bu gün səhər saatlarında aşkarlayıb və dərhal polisə məlumat verilib. A.Mehrəliyevin hansı məqsədlə havalandırma qurğusuna girdiyi məlum deyil. Xilasedicilər 30 yaşlı kişini borudan çıxardıqdan sonra onu Nizami Rayon Polis İdarəsinə təhvil veriblər.




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}