Benzinin qiyməti yenə bahalaşdı - Belarusda

 

Belarusda avtomobil yanacağının pərakəndə satış qiyməti mart ayı ərzində dördüncü dəfə bahalaşıb.

"Report” xarici KİV-ə istinadən xəbər verir ki, bununla ölkədə 2018-ci ilin əvvəlindən 5 dəfə bahalaşma qeydə alınıb.

Martın 30-dan etibarən Belarusda avtomobil benzini və dizel yanacağının qiyməti 1 qəpik və ya orta hesabla 0,75% artıb.

Beləliklə, "Aİ-92” markalı benzinin qiyməti 1,25 Belarus rublu/litr (1,09 manat), "Aİ-95” markalı benzinin qiyməti 1,33 Belarus rublu /litr (1,16 manat), "Aİ-98” markalı benzinin qiyməti 1,54 Belarus rublu /litr (1,34 manat), dizel yanacağının qiyməti isə 1,36 Belarus rublu/litr (1,18 manat) təşkil edir.



Oxşar Xəbərlər

Xəbər lenti