Rusiyada erməni əsilli biznesmen həbs olundu

 

"Donbas Sənaye İttifaqı” şirkətinin baş direktoru, Krasnodar şəhərinin "Kuban” futbol klubunun keçmiş sahibi, erməni əsilli biznesmen Oleq Mkrtıçyan Rusiyada həbs olunub.

"Report” xəbər verir ki, onun həbsi ilə bağlı qərarı Moskva Şəhər Məhkəməsi çıxarıb.

Dələduzluqda ittiham olunan O.Mkrtıçyan məhkəmə zalında həbs edilib. O, Rusiya bankları tərəfindən "Donbas Sənaye İttifaqı"ına ayrılan kreditləri mənimsəməkdə günahkar bilinib.

Qeyd edək ki, "Forbes” jurnalı 2010-cu ildə onun varidatını 780 milyon dollar səviyyəsində qiymətləndirib. 2012-ci ildə isə Ukrayana vətəndaşları arasında var-dövlətinə görə 13-cü yeri tutub.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}