"Nizaminin abidəsini vandalizm aktına məruz qoyanlar cəzalandırılacaq" - DAĞISTANIN BAŞÇISI

"Nizaminin abidəsini vandalizm aktına məruz qoyanlar cəzalandırılacaq" - DAĞISTANIN BAŞÇISI

 

"Nizaminin abidəsini vandalizm aktına məruz qoyanlar qanuna uyğun olaraq cəzalandırılacaqlar".

Sozcu.info  xəbər verir ki, bunu virtualaz.org-a eksklüziv açıqlamasında Dağıstan Respublikasının başçısı Vladimir Vasilyev deyib.

"Hər hansı tarixi abidə ilə bağlı vandalizm cəzasız qalmamalıdır. Respublikanın hüquq-mühafizə orqanları bu istiqamətdə iş aparırlar", - V.Vasilyev qeyd edib.

Respublikanın başçısı həmçinin bildirib ki, Azərbaycan-Dağıstan sərhədində olan bütün neqativ hallar yaxın vaxtlarda aradan qaldırılacaq: "Biz korrupsiya ilə mübarizə aparırıq, düşünürəm ki, siz respublikamızda mövcud olan neqativ proseslərin aradan qaldırması üzrə bizim işimiz haqda KİV-dən bilirsiniz. Yaxın vaxtlarda hamı bizim işimizin uğurlu olduğuna əmin olacaq".



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}