Kliniki Tibbi Mərkəz: "Gürcüstanda insanların ölümünə "donuz qripi" səbəb olmayıb" - BƏS NƏ?

Kliniki Tibbi Mərkəz: "Gürcüstanda insanların ölümünə "donuz qripi" səbəb olmayıb" - BƏS NƏ?

 

"Donuz qripi"nə qarşı vaksin yoxdur, ölkəyə belə bir vaksinin gətirilməsi barədə məlumatlar düzgün deyil.

Sozcu.info  xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin infeksion qəbul şöbəsinin müdiri Mahir Rəhimov bildirib.

Onun sözlərinə görə, dünyada mövsümi qripə qarşı vaksin istifadə edilir:
""Donuz qripi" ilə quş qripləri eyni növ qriplərdir. "Donuz qripi" ölümə səbəb olmur. Ancaq "donuz qripi"nə tutulmuş insan staflikok törədicilərinə də yoluxduqda bu, ölümə səbəb olur. Gürcüstanda insanların ölümünə "donuz qripi" səbəb olmayıb. Onların ölümünə staflikok tipli törədicilər səbəb olub".

Dünyanın hər bir yerində qripə yoluxma hallarının olduğunu deyən
Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev deyib ki, 2006-cı ildən indiyədək Azərbaycanda kəskin respirator virus infeksiyaları ilə əlaqədar xüsusi palatalar ayrılıb.

Onun sözlərinə görə, Azərbaycanda müvafiq qurumlar tərəfindən qabaqlayıcı tədbirlər görülür.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}