“O vaxt Azərbaycandakı didişmələrdən istifadə edib Qarabağı aldıq...” - Daşnaklar Xankəndində böyük yığıncaq keçirdi, Paşinyanı hədələdi

“O vaxt Azərbaycandakı didişmələrdən istifadə edib Qarabağı aldıq...” - Daşnaklar Xankəndində böyük yığıncaq keçirdi, Paşinyanı hədələdi

 

Bu günlərdə "Daşnaksütun” Erməni İnqilabi Federasiyası Xankəndində böyük qapalı yığıncaq keçirib və Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyəti, habelə Ermənistanın indiki rəhbərliyinin bu məsələ ilə bağlı mövqeyi müzakirə olunub. Bu, daşnakların 30 il ərzində Qarabağda keçirdikləri ilk toplantıdı. Virtualaz.org xəbər verir ki, "Daşnaksütun” partiyasının yeni lideri Armen Rüstəmyan həmin toplantının Nikol Paşinyana mesaj olduğunu gizlətməyib.

Rüstəmyan Rusiyada mənzillənmiş "EurasiaDaily” erməni saytına müsahibəsində deyib ki, hazırda Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlarda ciddi fəallaşma müşahidə olunur. Onun bildirdiyinə görə 30 il əvvəl olduğu kimi indi də Ermənistan siyasətində mərkəzi mövzu Qarabağdır.

 

Daşnakların lideri qeyd edib ki, onların partiyası Ermənistan parlamentində hazırda təmsil olunmasa da Qarabağın taleyindən söhbət gedərsə parlamentdəki və indiki hakimiyyətdəki bir çox şəxslərin daşnakların tərəfinə keçəcəyinə inanır.

"O vaxt SSRİ-nin dağılmasından sonra Ali Sovet formalaşanda "Daşnaksütun” ümumiyyətlə seçkilərdə iştirak etmirdi və parlamentdə təmsil olunmurdu. Amma o vaxt hakimiyyətə gələn qüvvə Dağlıq Qarabağın Ermənistanla birləşməsi ideyasından geri çəkilməyə başlayan kimi parlamentdə bizim partiyanı dəstəkləyən kifayət qədər iri deputat qrupu yarandı”-Rüstəmyan deyib.

Rüstəmyana görə vaxtilə "ərazilərin əvəzində sülh” variantına razılıq vermək istəyən Levon Ter-Petrosyan güclü müqavimətlə üzləşib istefa verdi və siyasi meyitə çevrildi. Ona görə də erməni reallığında kim məsələni bu yolla həll etməyə çalışsa Ter-Petrosyan kimi siyasi meyit olacaq.

Daşnakların lideri Ermənistanın indiki hakimiyyəti ilə Dağlıq Qarabağdakı rejim arasında ciddi gərginliyin olduğunu inkar etməyib. Bildirib ki, bir qrup adamlar Ermənistanda 2018-ci ilin aprelində baş verənləri Dağlıq Qarabağda da təkrarlamaq istəyir.

"Onlar hətta deyirlər ki, inqilab Qarabağı da əhatə etməsə onu əsl inqilab saymaq olmaz. Bizim bu qətiyyən yolverilməzdir. Qarabağda cəmiyyəti Ermənistandakı kimi "ağlara” və "qaralara” bölmək olmaz. Çünki ciddi təhlükəsizlik riski var. Əgər biz təhlükəsizlik qarantiyamızı azaltsaq, mövqelərimizi zəiflətsək Azərbaycan bundan istifadə edib müharibəyə başlayacaq. Problem məhz bundadır. Bakını kimsə kənardan müharibəyə təşviq etməyəcək, biz özümüz düşünülməmiş hərəkətlərimizlə belə bəhanə verə bilərik. Bununla bağlı mən iki tarixi paralel aparmaq istərdim. 1990-cı illərin əvvəllərində hakimiyyətə gələn Ter-Petrosyan verdiyi vədlərdən geri çəkilib ölkədə elə böhran yaratdı ki, altını indi də çəkirik. İkincisi, yenə də 1990-cı illərin əvvəllərində Azərbaycandakı daxili qeyri-stabillik, çəkişmələr, didişmələr qonşu ölkənin müdafiə qabiliyyətini sarsıtdı. Biz isə o cümlədən həmin səbəbə görə Qarabağ cəbhəsində uğurlar əldə edə bildik. İndi biz düşmənə belə bəhanə verə bilmərik ki, hərbi əməliyyatlara başlamağa həvəslənsin”-Armen Rüstəmyan deyib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}