İstanbulda təyyarə qəzasında ölü və yaralıların sayı artdı - VİDEO

İstanbulda təyyarə qəzasında ölü və yaralıların sayı artdı

 

İstanbulda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 3 nəfər həlak olub.

Bu barədə Türkiyənin səhiyyə nаziri Fəxrəddin Qoca bildirib.

Nazir qeyd edib ki, "Boeing 738" laynerinin Sabiha Gökçen hava limanına enərkən zolaqdan çıxması nəticəsində xəsarət alanların sayı 179 nəfərə çatıb. Hadisə zamanı təyyarədə ümumilikdə 184 nəfər olub.

Xatırladaq ki, hadisə dünən baş verib. İzmir-İstanbul aviareysini həyata keçirən təyyarə sürüşərək dərəyə aşıb və üç hissəyə parçalanıb. Bundan sonra laynerdə yanğın başlayıb, yanğınsöndürənlər alovu söndürməyə nail olublar. Sərnişinlər təyyarədən təxliyə edilib.

Qəza səbəbindən Sabiha Gökçen hava limanı bağlanıb, bütün uçuşlar İstanbul hava limanına yönləndirilib./report/

***

İstanbulda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 1 nəfər həlak olub.

Bu barədə "Report" Türkiyənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir.

İstanbul şəhərinin qubernatoru Ali Erlikaya bildirib ki, "Boeing 738" laynerinin Sabiha Gökçen hava limanına enərkən zolaqdan çıxması nəticəsində xəsarət alanların sayı 139 nəfərə çatıb. O, qeyd edib ki, yaralılar xəstəxanalara yerləşdirilib. 

 




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}