53 yaşlı Xaçmaz sakini evinə qonaq gəlmiş tanışını qətlə yetirib

 

Xaçmazda qətl törədilib.

Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Xudat şəhərində şəhər sakini, 1964-cü il təvəllüdlü Bəxtiyar Şahlar oğlu Çobanov yaşadığı evdə tanışı, 1968-ci il təvəllüdlü Hikmət Zahuddin oğlu Babayevi bıçaqlayaraq öldürüb.

Məlumata görə, H.Babayev B.Çobanovun evinə qonaq gəlibmiş. Onlar yeyib-içərkən aralarında mübahisə düşüb və nəticədə B.Çobanov qonağı bıçaqlayıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.  



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}