Hacı İbrahimin dələduzluqda ittiham edilən qardaşı dindirildi - Özünü günahkar bilmir

Hacı İbrahimin dələduzluqda ittiham edilən qardaşı dindirildi - Özünü günahkar bilmir

 

İş adamı Sahib İbrahimov hakim qarşısına çıxarılıb. Onun cinayət işi üzrə növbəti məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilib.

Sozcu.info  xəbər verir ki, məhkəmə prosesində prokuror Fəhmin Hümbətov ittiham aktını elan edib.

İttihama münasibət bildirən S. İbrahimov özünü təqsirli bilməyib.

Məhkəmə ilk olaraü zərərçəkmişlərin dindirilməsi ilə bağlı qərar qəbul edib.

Zərərçəkmiş Mərdan Vəliyev ifadəsində deyib ki, 2013-cü ilə "STS" şirkətindən mənzil almaq üçün müqavilə bağlayıb. Bağlanan müqavilənin dəyəri 105 min 270 manat olub.

Zərərçəkmişin sözlərinə görə, aldığı mənzilin sonradan başqa adama satıldığını öyrənib.

"Təmir edib, qapısını qoyduq. Mənzilə köçmək istəyəndə məlum oldu ki, ev başqasına satılıb. Mənə dedilər ki, sizə başqa mərtəbədə ev veriləcək. Lakin mən razılaşmadım, şikayət etdim. Bundan sonra mənzili mənə qatrardılar. Hazırda ev məndədir və təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbim yoxdur"- deyə zərərçəkmiş söyləyib ki, Sahib İbrahimovu tanımır və müqaviləni Məzahir Cəfərovla imzalayıb.

Zərərçəkmiş Etibar Allahverdiyevin vəkili Xəqani İmanov çıxış edərək, müvəkkilinin Rusiyada olduğunu, işləri ilə əlaqədar məhkəməyə gələ bilmədiyini bildirib.

Vəkil deyib ki, Etibar Allahverdiyev "STS” şirkətindən mənzil almaq üçün Sahib İbrahimova müraciət edib: "Sahib İbrahimov isə Xətai rayonunda inşa edilən binadan iki mənzilin boş olduğunu bildirib. İki mənzil üçün 162 min 400 dollar pul istənilib. Bu pul Sahib İbrahimovun möhürü ilə şirkətin kaasasına ödənilib. Ancaq bizə hələ də mənzil verilməyib. Mən S. İbrahimovla görüşsəm də o, mənə mənzilin qaytarılacağı barədə söz verib, lakin vədinə hələ də əməl etməyib".

Vəkil dəymiş zərərin ödənilməsini tələb edib

Sahib İbrahimov isə zərərçəkmiş şəxsi tanımadığını qeyd edib. Sahib İbrahimovun vəkili Rəna Məmmədova isə Etibar Allahverdiyevin məhkəməyə çağırılıb dindirilməsini istəyib.

Məhkəmə prosesi dekabrın 12-də davam etdiriləcək.

Xatırladaq ki, adı daha əvvəl də bir neçə cinayətdə hallanan S.İbrahimov bu dəfə də dələduzluq, vergidən yayınma, qanunsuz sahibkarlıq, vəzifə saxtakarlığı və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə kimi cinayət əməllərini törətməkdə günahlandırılır.

Ev dustaqlığında olan S.Ibrahimov barəsindş cinayət işi əvvəl "Sahil-D Kompani” şirkətinin vəzifəli şəxsi Adilağa Hüseynov barəsindəki işlə birgə aparılıb. Daha sonra S.İbrahimovla bağlı materiallar ayrıca icraata götürülüb.

İttihamda göstərilir ki, Sahib İbrahimov "STS” şirkətinin 95 faiz payçısı və "Sahil-D Kompani” şirkətinin 25 faiz payçısı olub. Bu işləri görərkən isə onun iş ofisi qardaşı İbrahim Nehrəmliyə məxsus "Avesta” şirkətinin binasında olub.

Həmin ofisdə təsisçisi olduğu şirkətlərin tikdiyi binalardan mənzilləri ayrı-ayrı müştərilərə təkrarən satıb.

Sahib İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.

Bildirək ki, S.İbrahimov həbs edilmiş daha sonra isə ev dustaqlığına buraxılımışdı./musavat.com/



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}