Cəlilabadda maskalıların "qaçırdığı" gəncin fırıldağı üzə çıxdı - "Hər şeydən bezmişdim, hadisə deyilən kimi olmayıb"

Bir neçə gün əvvəl Cəlilabadda maskalı şəxslər tərəfindən oğurlandığını və bir gün girov saxlandıqdan sonra evlərinin yaxınlığına atıldığını deyən Radil Mirzəyev polisə ifadə verib. 

Cəlilabad Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, R. Mirzəyev polis əməkdaşlarına hadisənin heç də deyildiyi kimi baş vermədiyini bildirib. Onun sözlərinə o, ailəsinin təzyiqlərindən bezdiyi üçün belə addım atıb: 

"Hər şeydən bezmişdim. Dəfələrlə ailəmə evdən gedəcəyimi demişdim. Mənə Bakıda iş də vəd etmişdilər. Ancaq gedə bilmirdim. Məndə fevral ayının 5-də evdən çıxaraq kəndin yaxınlığındakı qamışılıqda gizləndim. Həmin gecəni də orada ac-susuz keçirdikdən sonra ayın 6-da geri qayıtmaq qərarına gəldim. Valideynlərim məni tapdıqda isə belə bir yalan danışdım. Ancaq mən heç kim tərəfindən qaçırılmamışam. Evdən özüm qaçmışam və özüm də qayıtmışam", - deyə R.Mirzəyev polisə ifadəsində bildirib.

Polis idarəsindən, evlərinin yaxınlığında huşsuz vəziyyətdə tapılan şəxsin iynə vurularaq bu hala salınmasına da münasibət bildirdilər və qeyd etdilər ki, oğlana heç kim tərəfindən heç bir iynə vurulmayıb. "Gecəni qamışlıqda ac-susuz keçirib. Hava soyuq olduğu üçün oğlan soyuqlayıb və halsız vəziyyətə düşüb".

Cəlilabadda maskalıların

Qəribə hadisə fevralın 6-da Cəlilabadda baş verib. Valideynlərinin sözlərinə görə, 20 yaşlı Radil Mirzəyev səhər saatlarında fermada çalışan atasına yemək aparmaq üçün evdən çıxıb. Lakin yolda naməlum şəxslər ona hücum ediblər. Döyülərək huşsuz hala salınan Radil Mirzəyev qapalı yerdə olan tikilidə bir gün saxlanılıb. Zərəçəkənin sözlərinə görə, həmin şəxslərin 4-ü də maska taxdığı üçün onları tanıya bilməyib.

Zərərçəkən gənc buraxılmazdan öncə başından bihuşedici iynə də vurulduğunu deyib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}