Putin Peterburq metrosundakı partlayışdan danışdı: “Bütün versiyalar araşdırılır”

 

Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq metrosunda baş vermiş partlayışla bağlı açıqlama verərək bildirib ki, hadisə ilə bağlı bütün versiyalar araşdırılır.

Sozcu.info xəbər verir ki, b u barədə RİA Novosti məlumat yayıb. 

Onun sözlərinə görə, hələlik partlayışın səbəbləri məlum deyil. Burada söhbət təkcə terrorizmdən getmir, məişət və kriminal versiyalar da araşdırılır. 

"Hüquq-mühafizə və xüsusi xidmətlər orqanları səbəbləri aşkar etmək, hadisəyə tam, dolğun qiymət vermək üçün işləyirlər”, - deyə dövlət başçısı bildirib.
"Mən artıq xüsusi xidmətlərin rəhbərləriylə, Federal Təhlükəsizlik Xidmətinin direktoruyla danışmışam", - deyə prezident bildirib.
ТАSS-ın məlumatına görə, dövlət başçısı həmçinin qeyd edib ki, şəhər rəhbərliyi həlak olmuşların və zərər çəkmişlərə ailələrinə yardım göstərilməsi üçün bütün lazımi tədbirləri görəcək.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}