Putinlə İlham Əliyev arasında telefon danışığı

Putinlə İlham Əliyev arasında telefon danışığıRusiya Federasiyasının prezidenti Vladimir Putin noyabrın 4-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə zəng edib.

Vladimir Putin dövlət başçısını Yeni Azərbaycan Partiyasının parlament seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib, prezident İlham Əliyevə fəaliyyətində yeni-yeni uğurlar, Azərbaycan xalqına firavanlıq arzularını çatdırıb.

Azərbaycan prezidenti İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Rusiya prezidentinə minnətdarlığını bildirib.

Dövlət başçıları ölkələrimiz arasında strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edib, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}