Sarkisyanın partiyası planlarını açıqladı –Güclü müxalifət olmaq və hökumətə problem yaratmaq

Sarkisyanın partiyası planlarını açıqladı –Güclü müxalifət olmaq və hökumətə problem yaratmaq

 

Ermənistandakı keçmiş hakim "Respublika” partiyası dekabrda keçiriləcək vaxtındanəvvəl parlament seçkisində mübarizə aparmaq fikrindədir.

Bunu oktyabrın 19-da "Azadlıq radiosu”na müsahibəsində, partiyanın mətbuat katibi, parlamentin sədr müavini Eduard Şarmazanov deyib. Onun sözlərinə görə bir gün əvvəl keçmiş prezident və partiya lideri Serj Sarkisyanın rəhbərliyi ilə partiyanın icraçı orqanının toplantısı keçirilib.

"Parlamentdə hakimiyyətin siyasi iştahını pozacaq əsl müxalifət olmalıdır.Və hesab edirəm ki, "Respublika”partiyası bu mənada seçkidə müxalif siyasi blok və güc kimi iştirak etməlidir”, Şarmazanov deyib.

O qeyd edib ki, "Respublika” partiyası parlamentə düşmək üçün 2-5 faiz səs uğrunda mübarizə aparmamalıdır. Əgər bu partiya seçkidə iştirak etsə, onda ciddi abisiyalı müxalifət qüvvəsi kimi mübarizə aparmalıdır. Mənbınin yazdığına görə "Respublika” partiyası seçkidə iştirakla bağlı yekun bəyanatla gələn həftə çıxış etməlidir. İlk olaraq onlar seçki kodeksinə düzəlişlə bağlı layihəyə mövqe bildirməlidirlər. Bu layihə gələn həftə parlamentdə 4 günlük müzakirəyə çıxarılacaq.

Bir tərəfdən də seçkinin dəqiq vaxtı da müəyyən edilməyib. Baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan bundan əvvəl demişdi ki, seçki dekabrın 9-10-da keçiriləcək.

Qeyd edək ki, baş nazir Nikol Paşinyan ölkədə vaxtındanəvvəl seçki keçirilməsi üçün ötən həftə istefa verdi.

Paşinyanın təşkil etdiyi kütləvi xalq etirazları ilə hakimiyyətdən uzaqlaşdırılan keçmiş ölkə başçısı Serj Sarksyanın”Respublika” partiyası indiki parlamentdə çoxluq təşkil edir. Paşinyansa deyir ki, vaxtındanəvvəl parlament seçkisi olmadan ölkədəki digər problemlərin həlli mümkün deyil.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}