Bu ölkənin paytaxtı dəyişdirilir - 2021-ci ildən

Bu ölkənin paytaxtı dəyişdirilir - 2021-ci ildən

 

İndoneziya hökuməti paytaxtın Cakartadan köçürülməsi prosesinə 2021-ci ildə başlamaq niyyətindədir.

Sozcu.info xəbər verir ki, yeni şəhərdə tikinti işləri iki il sonra başlayacaq, köçürmə prosesinin 2024-cü ilədək başa çatması planlaşdırılır.

Prosesin ümumi dəyəri 32,5 milyard dollara bərabər olacaq.

Yeni paytaxt Kalimantan adasında, ölkənin mərkəzi hissəsində salınacaq.

Qeyd edək ki, İndoneziya prezidenti Coko Vidodo aprel ayında paytaxtın köçürülməsini təklif etmişdi.



Oxşar Xəbərlər

Xəbər lenti