Ədoğan Türkiyə qoşunlarının Suriyaya girməsi haqda

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın Cerablus şəhərinin İŞİD terror təşkilatından azad edilməsi üçün keçirilən əməliyyata bir daha münasibət bildirib.

APA-nın "CNN Türk” telekanalına istinadən verdiyi məlumata görə, əlillərlə görüşdə çıxış edən R. T. Ərdoğan deyib ki, bu gün səhər saat 04 radələrində ordu Suriyanın şimalında Türkiyəni təhdid edən İŞİD və PKK-nın Suriya qolu PYD kimi terror təşkilatlarına qarşı əməliyyata başlayıb: "Ölkəmizə hücumlar işi bu nöqtəyə gətirdi. Biriləri bizə meydan oxuyur ki, Türkiyə Suriyaya daxil olsa, pis olacaq. Sizə nə olacağına baxın! Türkiyəyə qarşı təhdid yaradan kim olursa olsun, ordumuz, polisimiz onun qarşısındadır.

Qaziantepdə şəhid edilən 53 vətəndaşımızın bədəlini ağır ödəyəcəklər. Terroru dünya sadəcə qınayır, seyr edir. Heç bir dövlətin etmədiyini biz Suriya üçün etdik. Suriyadan ölkəmizə qarşı hücumlara artıq son qoyulmalıdır. PKK-nı, İŞİD-i üzərimizə salanlar artıq bu oyunun pozulduğunu görməlidirlər. Vətənimizi parçalaya, bu dövləti, xalqı diz çökdürə, bu xalqa boyunduruq vura bilməyəcəksiniz. Artıq heç kim Suriya məsələsini Türkiyənin daxili işlərindən kənar görə bilməz. Biz Yaxın Şərqlə, Qafqazla bir əsr əvvəl bir yerdə olduğumuzu unuda bilmərik, onlara arxa çevirə bilmərik”.

*   *   *13:01

Suriyada terrorçuluğa son qoymağın vaxtı çatıb.

"TRT Haber" telekanalının verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Türkiyə ölkə qarşısındakı bütün təhdidləri aradan qaldıracaq.

 Türkiyə Quru Qüvvələrinə məxsus tanklar yerli vaxtla saat 11.07-də sərhəddən Suriya ərazisinə keçib.

Türkiyə KİV-lərinin verdiyi məlumata görə, tanklar İŞİD terrorçularının mövqelərinə zərbə endirməyə başlayıblar. Əməliyyatda təxminən 20 tankın iştirak etdiyi bildirilir.

Türkiyə Hava Qüvvələrinə məxsus "F-16" bombardmançı təyyarələri də İŞİD-i havadan bombalayır. Bombardmana qatılan təyyarələrin sayı son saatlarda artıb.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}