Dünən, 23:31
10-04-2026, 16:52
9-04-2026, 17:32
28-03-2026, 23:18
17-03-2026, 15:20
Həkimin sözlərinə görə, qidanı fasilə vermədən maye ilə qəbul etmək mədəyə artıq havanın daxil olmasına şərait yaradır. Bu isə sonradan gəyirmə, yanğı və narahatlıq hissi ilə nəticələnir. Eyni hal yeməyi çox sürətlə yeyən insanlarda da müşahidə olunur. Sürətli qidalanma zamanı udulan hava həzm prosesini çətinləşdirir və sanki keyfiyyətsiz qida yeyilmiş təəssüratı yaradır.
"Rejim pozuntuları da mədə problemlərində mühüm rol oynayır. Gün ərzində az-az deyil, bir dəfəyə həddindən artıq çox yemək mədənin işini ağırlaşdırır. Bundan əlavə, yeməkdən dərhal sonra fiziki aktivliklə məşğul olmaq, qaçmaq və ya əksinə, uzanmaq qıcqırmanı tətikləyən klassik amillərdir".
Həkim qazlı içkilər məsələsinə də toxunaraq qeyd edib ki, əgər insanda reflüks xəstəliyi yoxdursa, bu içkilər təkbaşına ciddi problem yaratmır. Əsas məsələ qida məhsullarında deyil, gündəlik diqqət yetirilməyən kiçik vərdişlərdədir.
Yəni mədənizdə yanma hissi yaranmaması