Kahramanmaraş faciəsi: yeniyetmənin gizli planı üzə çıxdı

Türkiyənin Kahramanmaraş şəhərində baş verən silahlı hücum ölkə ictimaiyyətində dərin sarsıntı yaradıb. Onikişubat rayonunda yerləşən Ayser Çalık Ortaokulu məktəbində baş verən hadisə nəticəsində 20 yaralı, 1 müəllim,və 9 şagird həyatını itirib.

Hadisəni törədən 14 yaşlı İsa Aras Mersinlinin kompüteri hüquq-mühafizə orqanları tərəfindən araşdırılıb. Aparılan ekspertiza zamanı onun cihazında əvvəlcədən hazırlanmış və “böyük bir əməl həyata keçirmək” niyyətini əks etdirən sənəd aşkar edilib. Bu fakt hücumun planlı şəkildə törədildiyini göstərən əsas sübutlardan biri kimi qiymətləndirilir.

Araşdırmalar zamanı məlum olub ki, yeniyetmə uzun müddət kompüter oyunları ilə məşğul olub. Xüsusilə, onun Roblox platformasında aktiv olduğu qeyd edilir. Bəzi mənbələr bu tip oyunların şiddət elementləri ilə bağlı təsir ehtimalına diqqət çəksə də, mütəxəssislər təkcə oyunların belə hadisələrə birbaşa səbəb kimi göstərilməsinin düzgün olmadığını bildirirlər.

Digər diqqət çəkən məqam isə hücumçunun sosial media profilində ABŞ-da 2014-cü ildə baş vermiş hadisənin icraçısı Elliot Rodgerin fotosundan istifadə etməsi olub. Bu detal onun psixoloji vəziyyəti və təsirləndiyi mənbələr barədə suallar doğurur.

Hadisə ilə bağlı saxlanılan ata Uğur Mersinli ifadəsində bildirib ki, istifadə olunan silahlar ona məxsus olub. Onun sözlərinə görə, evdə saxlanılan silahlar kilidli qutularda qorunurdu, lakin oğlunun bu qutuları necə açdığını bilmədiyini deyib. Ata həmçinin övladının son aylarda psixoloji dəstək aldığını, lakin son dövrlərdə bu görüşlərdən yayındığını qeyd edib.

Faciə bir daha yeniyetmələrin psixoloji vəziyyəti, rəqəmsal mühitdə qarşılaşdıqları təsirlər və silahlara çıxış imkanları ilə bağlı ciddi müzakirələrə səbəb olub. Mütəxəssislər ailə nəzarətinin gücləndirilməsinin, məktəblərdə psixoloji dəstək mexanizmlərinin artırılmasının və riskli davranışların erkən mərhələdə müəyyən edilməsinin vacibliyini vurğulayırlar.

Arzuman Loğmanoğlu

Sozcu.info




Oxşar Xəbərlər

Xəbər lenti