Erməni ritorikası:''Ərazi vermirik, statusa razı deyilik, olası müharibənin günahkarı isə Azərbaycandır...''

 

ABŞ diplomatı Ceyms Uorlikin Ermənistan-Azərbaycan münaqişəsi  və onun həlli yolları barədə Rusiyanın "İnterfaks” agentliyinə verdiyi müsahibə ilə bağlı Ermənistandan narahat dolu reaksiyalar gəlməkdə davam edir.

Uorlikin bəyanatlarına erməni politoloqlar və siyasətçiləri olduqca ehtiyatlı mövqe sərgiləyiblər.

Onlar Uorlikin "status və ərazilər”lə bağlı, habelə xalqlar arasında dostluqdan bəhs edən sözlərini görməzlikdən gələrək, ən azı onun yanından ötəri keçərək bütün diqqəti amerikalı həmsədrin Azərbaycana silah satışının qadağan olunması ilə bağlı fikirlərinə yönəldiblər.

Ermənistan parlamentinin deputatı Zarui Postancyan Ceyms Uorlikin bəyan etdiyi fikirlərin  sülh məqsədilə verildiyini bildirib. Postancyanın fikrincə, Uorlikin bəyanatında əsas vurğu Azərbaycana Ermənistana hücum etməyə kömək edəcək silahın satılmaması olub.

Uorlikin "nizamlanmanın Dağlıq Qarabağa müəyyən status verilməsi müqabilində Azərbaycana ərazilərin qaytarılmasını nəzərdə tutulması” barədə sözlərini də şərh edən Zarui Postancyan bunun Ermənistan üçün qəbuledilməz olduğunu söyləyib."Bizim güzəştə gedəcək ərazilərimiz (?!) yoxdur. Hətta "DQR” (qondarma-red.) tanınsa, və ya onun statusu dəqiqləşsə belə biz əraziləri geri qaytara bilmərik. Çünki statusun verilməsi və ya tanınma bizim təhlükəsizliyimizin təmin edilməsi anlamına gəlməyəcək”.

e2

Politoloq Qrant Melik-Şahnazaryanın fikirincə isə Uorlik beynəlxalq birliyi Əliyevin siyasətinin nəyə gətirib çıxaracağı barədə xəbərdarlıq edirmiş. 

Erməni politoloq tert.am-a verdiyi müsahibədə Uorlikin müharibədə ağır silahların işə salınması ilə bağlı ifadə etdiyi narahatlığı Azərbaycanla əlaqələndirib. O Azərbaycanın müharibə siyasəti ilə bölgədə gərginlik yaratdığını iddia edib.

"Əgər Əliyev əvvəllər münaqişənin dinc həllinə tərəfdar olduğunu bəyan edirdisə indi bütün Qarabağın Azərbaycanın tərkibinə daxil edilməsindən danışır və bunu sülhün əsas şərti kimi irəli sürür. Bu isə gerçəkliyi əks etdirmir.. Hər kəs anlayır ki, bu cür maksimalist iddiaların nəticəsi yalnız müharibənin bərpasına gətirib çıxara bilər”.

Politoloqun iddiasına görə, Uorlik bu cür iddiaların müharibəyə apardığını demək istəyirmiş  və bu barədə beynəlxalq birliyi xəbərdarlıq edirmiş”.

"ABŞ növbəti dəfə Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədri olsa da Qarabağ münaqişəsi bölgəsinə əsas silah tədarükçüsü olduğunu xatırladıb”- deyə Sergey Minasyan Ermənistanın "Aravot” saytına verdiyi müsahibədə bildirib.

e3

Sergey Minasyan da Uorlikin "İnterfaks”a verdiyi müsahibədə ABŞ Konqresinin Azərbaycana hücum silahlarının satışının satışını qadağan edən mandatı olduğu deməsini xüsusilə qeyd edib.

Sergey Minasyan Uorlikin müsahibədə səsləndirdiyi digər fikirlərlə bağlı olaraq isə sadəcə "Uorlik ekspertlər üçün gizli olmayan aydın faktlardan danışıb” deməklə kifayətlənib.

Ermənistanın hərbi eksperti Karen Vrtanesyan da Uorlikin müsahibəsindəki silah satışı məsələsi ilə bağlı dediklərinə diqqət çəkib. O, Uorlikin ABŞ-ın Rusiyadan fərqli olaraq münaişə tərəflərinə hücum silahlarını satmadığını xüsusilə vurğuladığını söyləyib.

e4

Hər halda Vrtanesyan ABŞ nümayəndəsinin Rusiyanın Azərbaycana silah satmasında qeyri-adi bir şey görmədiyini söylədiyini etiraf etməli olub: "Uorlik öz cümlələrini böyük diqqətlə seçib. O, ABŞ-dan fərqli olaraq Rusiyanın hər iki dövlətlə (Azərbaycan və Ermənistan) sıx əlaqələrinin olduğunu qeyd edərək ABŞ üçün bu məsələnin ziddiyət təşkil etmədiyini bildirib”….

Sərkisyana müxalif yazarlardan sayılan və özünü qərbpərəst fikir adamı hesab edən İqor Muradyanın yəqin ki, Uorlikin son açıqlamaları ilə bağlı olaraq, tələsik sitildə yazılan "Amerikanın Azərbaycandakı maraqları” məqaləsi də elə bunu göstərir. Muradyan Azərbaycanın ABŞ üçün əhəmiyyətinin artıq çoxdan itirdiyini iddia edib. 

"ABŞ-ın Azərbaycana böyük diqqət göstərməsinə rəğmən amerikalıların bu ölkəyə  həqiqi marağı görünən dərəcədə azalıb. Çünki Qərb qarşısında eneerji layihələri ilə bağlı bütün öhdəliklərini artıq icra edib…”

"ABŞ Türkiyə ilə son dövrlərdə yaranan münasibətlərin pisləşməsi, habelə Türkiyənin Qafqaz və Mərkəzi Asiyanı öz nəzarətinə almaq cəhdləri ilə bağlı olaraq Azərbaycan və Türkiyə arasında əlaqələrin zəifləməsində də maraqlıdır” – Muradyan bildirib.

Musavat.com



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}