TÜRKİYƏYƏ QARŞI ƏSƏD-YPG ANLAŞMASI –Tramp Suriyada "rus planı"na dəstək verməyə başlayıb - TƏHLİL

TÜRKİYƏYƏ QARŞI ƏSƏD-YPG ANLAŞMASI –Tramp Suriyada "rus planı"na dəstək verməyə başlayıb - TƏHLİL

 

Sərdar Turqut,

"Habertürk”ün Vaşinqton təmsilçisi, 31 iyul 2018-ci il

 

ABŞ-ın nəzarəti altında olan, İlham Əhmədin rəhbərlik etdiyi YPG heyətinin Əsəd rejimi ilə başladığı görüş prosesində İdlib məsələsində də nəticələri çox ağır ola biləcək təhlükəli bir təkliflə çıxış etdiyi öyrənilib.

Vaşinqtonda regionu davamlı izləmək üçün məsuliyyət daşıyan qurumlardakı qaynaqlarımın söylədiyinə görə, Əsəd rejimiylə görüşməkdə əsas məqsədi Fərat çayının şərqində muxtar qurum yaratmaq olan YPG heyəti, əgər rejimlə nəzərdə tutulan əməkdaşlıq prosesində Əsəd qəbul edərsə, rejimin İdlibə yönəlik gözlənilən əməliyyatında Suriya ordusu ilə birlikdə hərəkət etməyə hazır olduğunu çatdırıb. Hətta bu qaynaqlar YPG-nin təkliflərini bir pillə də yüksəldərək, lazım olarsa, öz milislərinin Suriya ordusunun uniformasını geyərək əməliyyata qatıla biləcəklərini söylədiklərini də bildirilər.

Mənimlə danışan mütəxəssislər bunun İdlibdə 12 müşahidə mərkəzi olan Türkiyəni həddindən artıq narahat edəcəyinə və reaksiya verməsinə yol aça biləcək bir hadisə olacağına diqqəti çəkiblər.

Həmin qaynaqlar, onlara gələn məlumatlara görə, Prezident Ərdoğanın Putinlə bu məsələni danışmaqda olduğunu və hətta iki liderin ən son Yohannesburqda bunu da müzakirə etdiklərini düşündüklərini söyləyirlər.

Vaşinqton, Astana prosesi çərçivəsində avqust ayının sonunda və ya sentyabrın əvvəlində İranda keçirilməsi nəzərdə tutulan Türkiyə-Rusiya-İran zirvə görüşünə çox önəm verir və Ağ Ev bu cür sammitlərə müşahidəçi göndərməsə də, rəhbərlik bu sammitin yaxından və detallı izlənməsini və analiz edilməsini istəyib.

 

Muxtariyyatla bağlı görüşmələr

 

YPG-nin təmsilçisi olduğu vaxtlarda Vaşinqtonda Ağ Evlə çox yaxşı münasibətlər quran və tez-tez orada görünən İlham Əhmədin rəhbərliyindəki heyət Əsəd rejimi ilə Dəməşqdə Fərat çayının şərqində bir muxtar qurumun gələcəyini müzakirə edərkən, regionda da hazırlıqların davam etdiyi bildirilir.

Vaşinqtondakı qaynaqlar YPG-nin nəzarətində olan bölgədəki yaşayış məntəqələrində Demokratik Muxtar Administrasiya adı verilən komitələr təşkil etdiyini və Əsəd rejimilə əməkdaşlıq imkanlarını bu komitələrin araşdırdığını vurğulayırlar.

Vaşinqtondakı qurumlarda Suriyada bəzi infrastruktur və su anbarlarını bərpa işlərinin kürd-rejim əməkdaşlığı içində aparılması yolunun bu komitələr tərəfindən açılması və gələcəkdə bölgədə muxtar bir qurum yaradılacaqsa, burada da bu komitələrin aktiv rol oynaması ilə bağlı gözləntilər vardır.

Fərat çayının şərqində, mərkəzi dövlətin daxilində muxtar bir qurum yaradılması fikri ilk dəfə Rusiya tərəfindən irəli sürülmüşdü. Rusların "Şimali İraq modeli” dedikləri bu varianta regiondan çəkilmə planları qurmaqda olan Trampın da isti baxmağa başladığı bildirilir.

Tərcümə Strateq.az-ındır



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}