TDİB yeni layihənin icrasına başlayıb

 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Azərbaycanın müasir yazarlarının əsərlərdən ibarət kitabın nəşri” adlı yeni layihənin icrasına start verilib.  Türk Dünyası İnfo” İctimai Birliyinin 4 ay müddətinə həyata keçirəcəyi bu layihə konkret olaraq müstəqillik dövründə yazıb yaratmış, müasir yaradıcılıq baxımından müxtəlif  və ədəbi ictimaiyyətin qəbul etdiyi Azərbaycan şairlərinin  əsərlərinin xarici auditoriyada tanıdılmasına istiqamətlənib.Birliyin sədri Dəyanət Osmanlı bldirib ki, Layihə Azərbaycanın müstəqillik dövrünün tanınmış müasir şairlərinin əsərlərindən ibarət örnəkləri ingilis dilinə çevirib, antologiya şəklində nəşr etməklə irəliçi yaradıcılıq nümunələrimizin beynəlxalq aləmdə tanıdılması timsalında mədəniyyətlərin poetik dialoquna həsr olunub. Fikrimizcə, bu gün xarici auditoriya müstəqillikdən əvvəl və sonrakı Azərbaycan ədəbiyyatının, poeziyasının ovqatı, nəbzi ilə daha yaxından tanış olmalıdır. Biz ədəbiyyat, mədəniyyət proseslərini dəyərləndirərək həmin dövr poeziyamızın təbliği və  tanıdılması işinə töhfə vermək istiqamətini seçmişik.Müstəqilliyimiz dönəmində müasirliklə səsləşən və millətin düşüncəsini, yaşamını, bağlı olduğu dövlətçilik məfkurəsini tərənnüm  edən kifayət sayda əsərlər yaradılıb. Bu nümunələr ölkə miqyasında ictimaiyyət tərəfindən təqdir olunsa da, müxtəlif dillərə tərcümə olunaraq toplu halında dünyaya çatdırılmasına ehtiyac duyulur. Bu sahədə müəyyən fərdi təşəbbüslər göstərilsə də, xarici auditoriyada tam olaraq söz sənətinin ictimai ovqatı, ümumi mənzərəsi barədə tam təəssürat  yaradılmayıb. Ona görə də Birlik olaraq öcəki təcrübəmizdən çıxış edib bu dövrdə yaranan poeziya nümunələrini ingilis dilində bir antologiyada cəmləşdirməyi qərara aldıq.Kitab nəşr olunduqdan sonra təbliği və tanıtım  xarakterli  təqdimat mərasimi keçiriləcək. Kitab tədbir iştirakçılarına, diplomatik korpus və nümayəndəliklərə, elmi, mədəni,  ictimai qurumlara,  kitabxanalara paylanacaq.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}