“Bank hesabım üzərində həbs olduğu üçün vəkillik fəaliyyətimi dayandırmalı olacağam” - ƏSABƏLİ MUSTAFAYEV

“Bank hesabım üzərində həbs olduğu üçün vəkillik fəaliyyətimi dayandırmalı olacağam” - ƏSABƏLİ MUSTAFAYEV

 

"Vəkil Elçin Sadıqov da eyni vəziyyətdədir”

"Bu vəkillik fəaliyyətimdə istifadə etdiyim bank hesabına həbsin qoyulması barədə 30 oktyabr 2014-ci il tarixli məhkəmə qərarıdır. Həbs Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin təqdimatı əsasında qoyulub”. Sozcu.info xəbər verir ki, bu barədə vəkil Əsabəli Mustafayev "feysbuk” səhifəsində paylaşım edib.

"Bu pul Avropa Məhkəməsi tərəfindən cinayətin aləti və vasitəsi kimi istifadə olunub”

"Həmin qərarda göstərilir ki, bu həbs Avropa Məhkəməsindən mənim bank hesabıma köçürülən 850 avro "pul vəsaitinin cinayətin predmeti olmaqla, alət və vasitə kimi istifadə edilməsinə dair sübutlar mövcud olduğundan” (qərardan sitat) qoyulmuşdur. Yəni bu pul Avropa Məhkəməsi tərəfindən cinayətin aləti və vasitəsi kimi istifadə olunub. Həmin ödəniş mənə konkret müştəriyə göstərdiyim pulsuz hüquqi yardıma görə köçürülmişdir. Belə ödənişlər Avropa Məhkəməsinin reqlamentində nəzərdə tutulub və praktikasında geniş yayılıb”,-deyə vəkil qeyd edib

"Vəkillik fəaliyyətimin gələcəkdə davamına ciddi problem yaranıb”

Ə. Mustayev diqqətə çatdırıb ki, Avropa Məhkəməsinin özünün qazandığı pul yoxdur, onu Avropa Şurası maliyyələşdirir: "O da məlumdur ki, Avropa Şurasının da özünün qazancı yoxdur və onun büdcəsi üzv dövlətlərin, o cümlədən Azərbaycanın ödədiyi üzvülük haqqından formalaşır. Bu məhkəmə qərarından belə çıxır ki, Azərbaycanın dövlət büdcəsindən ödənilmiş üzvülük haqqı cinayət yolu ilə əldə olunmuş çirkli puldur. Bu yanaşmanın biabırçılıq olmasını istintaq idarəsinə və məhkəməyə uzun illər izah etmək səylərim nəticəsiz qaldı. Həbs bu gün də qüvvəsindədir. Bu günə qədər bu həbsin mənim peşə fəaliyyətimə heç bir təsiri yox idi. Bu bank hesabını əvvəllər müştərinin ödədiyi qonorarın və ya mənim ödəyəcəyim vergilərin, məcburi ödənişlərin köçürülməsi üçün istifadə olunurdu. Digər heç bir mənbədən bu hesaba vəsait daxil olmamışdır. Həbs qoyulandan sonra bütün maliyyə əməliyyatlarını nəğd şəkildə aparırdım. İndi isə bu həbsə görə vəkillik fəaliyyətimin gələcəkdə davamına ciddi problem yaranıb. Belə ki, AR Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə oktyabrın 1-dən vəkillər ancaq nəqdsiz ödənişlərdən istifadə edə bilərlər. Bu gözlənən qərar idi, çünki bütün xidmət sahələrində nəğdsiz ödənişlər tətbiq olunur. Beləliklə də, mən bank hesabım üzərində həbs olduğu üçün oktyabrın 1-dən sonra müştəri ilə müqavilə bağlaya bilməyəcəyəm və bu səbəbdən vəkillik fəaliyyətimi faktiki dayandırmalı olacağam”.

"Bunu edə biləcəklərinə inamım çox azdır”

Mustafey onu da nəzərə çatdırıb ki, vəkil Elçin Sadıqov da eyni vəziyyətdədir: "Onun da şəxsi bank hesabı 2014-ci ildən həbsdədir. İndi mən məcburam Avropa Məhkəməsinə, Avropa Şurasına müraciət edərək tələb edim ki, onların maliyyə vəsaitlərinin çirkli pul olmamasını ölkəmizin istintaq idarəsinə və məhkəmələrinə sübut etsinlər. Hərçənd ki, bunu edə biləcəklərinə inamım çox azdır”.


Asabali Mustafayev adlı şəxsin şəkli.




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}