Vasif Talıbov təyin, oğlu təqdim edir - Naxçıvanda rektor təyinatı ilə bağlı VİDEO

Vasif Talıbov təyin, oğlu təqdim edir

 

Dünən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov Nurlana Əliyevanı "Naxçıvan” Universitetinin rektoru vəzifəsinə təyin edib.Sozcu.info  xəbər verir ki,  elə həmin gün yeni rektor kollektivə təqdim olunub. Təqdimatı isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin köməkçisi, V. Talıbovun oğlu Seymur Talıbov edib.O, bildirib ki, muxtar respublikada bütün sahələrin inkişafı diqqət mərkəzindədir. Təhsilin inkişafına göstərilən böyük diqqət və qayğının nəticəsidir ki, bu sahədə qazanılan uğurlar ildən-ilə artır. Təhsil müəssisələri üçün yeni binalar tikilir, ümumtəhsil məktəbləri ən müasir informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilir.Yeni təyin olunan rektor Nurlana Əliyevanı universitet kollektivinə təqdim edən Seymur Talıbov ona gələcək fəaliyyətində uğurlar arzulayıb.Nurlana Əliyeva göstərilən yüksək etimada görə V. Talıbova minətdarlıq edib və bu etimadı doğruldacağına söz verib.

 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}