Türkiyədə Azərbaycanın sədrliyi ilə Dünya Universal Döyüş Federasiyasının konqresi keçirilib


Türkiyənin Antalya şəhərində Aydınbey Queens Hoteldə 10 Dekabr 2021-ci il tarixində Dünya Universal Döyüş Federasiyasinin Konqresi keçirilib. Həmin Konqresdə 2022-ci ilin Dünya, Avropa çempionatlarının və bütün illik proqramların geniş müzakirəsi aparılmışdır. Növbəti ildə Avropa çempionatının Türkiyədə , Asiya çempionatının Tacikistanda və Dünya çempionatının Özbəkistanda təşkil olunacaqları yekdinliklə qərara alınıb. Qərara alınan həmin müqavilələr iştirakçılar tərəfindən imzalanıb. Dünya Universal Döyüş Federasiyasının Prezidenti Azər Həsənov konfransda gələcəkdə görüləcək işlərlə bağlı geniş çıxış nitq söyləmişdir. Azər Həsənovun təşəbbüsü ilə Dünya Universal Döyüş Federasiyasına səsvermə yolu ilə yeni vitse-prezident seçilmişdir.

aia.az 

Fotolar


Oxşar Xəbərlər

Xəbər lenti