Prezident BƏƏ naziri ilə görüşdü
FOTO
Nazim Quliyev yenidən həbs olundu
İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər -
GİLEY
İcra hakimiyyətləri prezidentin xüsusi nümayəndəliyi ilə əvəz OLUNUR? -
İLGİNC İDDİALAR...
Temperatur 32 dərəcəyə yüksələcək
İlham Əliyevdən sülh danışıqları ilə bağlı
MÜHÜM AÇIQLAMA
Həbsdə olan generalın cinayət işi:
Pulları kimə verib?
Şots:
"İndi sülh fürsəti çox yaxındır"
Naxçıvanda yüksək vəzifəyə TƏYİNAT
“SEVİNC ASLANOVA DEYİR Kİ, POLİSƏ MÜRACİƏT ETSƏNİZ, 1 QƏPİK DƏ VERMƏYƏCƏM” –
Prokuroluğun barəsində açıqlama yaydığı şirkət rəhbəri kimə arxayındır?
Sağlamlıq arayışlarının ödənişləri niyə fərqlidir?
İlham Əliyevin Şoltsla görüşü BAŞLADI
Əvvəlki
Sonrakı
Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında
18-04-2024, 19:45
Paşinyan istefa verir
1-04-2024, 15:01
Nardaran və Maştağada əməliyyat
– Müsəlman Birliyi Hərəkatının üzvü saxlanıldı / FOTO
16-03-2024, 14:33
VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ: Artıq üç uşağı olan şəxslər...
14-03-2024, 23:00
Neft bazarında çalxalanma: Bahalaşma Azərbaycan üçün nə vəd edir?
11-03-2024, 15:40
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
“Hermes-s” MMC şirkəti: uğurludur xidməti!
Şirkətin rəhbəri Akif Fətullayev haqqında köhnə, yarımzirzəmi şəraitində olmuş evlərinin yerində tikilən binadan ev alan sakinlər nə dedilər?
...Bu gün tikinti şirkətləri barədə xoş söz söyləmək, mən deyərdim, çox risklidir. Ona görə ki, bir mənzili bir necə nəfərə satan, vətəndaşların pullarını mənimsəyib, binanın heç özülünü qazmayan dələduz şirkət rəhbərləri barədə qəzet və saytlarda "n” qədər tənqidi yazılar dərc edilib. Elə bizim "Təzadlar” qəzet və saytında da belə dələduz şirkət rəhbərləri haqqında yetərincə məlumat vermişik. Məsələn: "Meqa City- Holding” şirkəti barədə nəinki bizim qəzet və saytda, bəlkə də ölkəmizin bütün elektron və yazılı KİV-lərində faktlarla dolu tənqidi yazılar əksini tapıb. Elə bunların nəticəsidir ki, hazırda şirkətin 4 təsisçisindən 3-ü və şirkətin direktoru həbsdədir. Belə həbs olunan tikinti şirkətinin rəhbərləri olduqca çoxdur.
Elə ona görə də bu günlərdə redaksiyamıza "Hermes-S” MMC tikinti şirkətindən şikayət etmək üçün bir xanım gələndə, fikirləşdim ki, daha bir problemli şirkət rəhbəri ortaya çıxdı. Bu xanımın söhbətindən məlum oldu ki, Bayıl qəsəbəsi, Neftçi Qurban Abbasov küçəsi 72-74-76-76a ünvanda olmuş köhnə, yarımzirzəmi şəraitində olan evlərin yeri, yeni yaşayış binası tikmək üçün 3 il bundan əvvəl adı çəkilən şirkət tərəfindən alınıb və sakinlərlə də müqavilələr bağlanılıb. Həmin müqaviləyə əsasən bina tikilib təhvil verilənə qədər, şirkət evlərini aldığı sakinlərə hər ay 250-500 manat məbləğində kirayə pulu verir. Bu məbləğ mənzilin otaq sayına görə dəyişir. Evlər də tam təmirli şəkildə sakinlərə təhvil verilməlidir. Şikayətçi xanımla söhbətdən məlum oldu ki, müqaviləyə əsasən onun yarımzirzəmi şəraitində 26 kv.m olmuş mənzilinin əvəzinə, yeni binadan həmin sahədən az olmayaraq, mənzil təklif edilib. Hazırda mənzildə, xanımın da etiraf etdiyi kimi, təmir işləri gedir. Bəs narazılıq nədən ibarətdir? Xanımın bildirdiyinə görə, bir çox sakinlərə artıq kvadrat sahələr verildiyi halda, ona bu güzəşt şamil olunmur.
Şikayəti araşdırmaq üçün "Hermes-S” MMC şirkətinin rəhbəri Akif Fətullayevlə görüşdük. Tam səmimi bildirmək istəyirəm ki, bu görüşümdə yeni bir problemli şirkət rəhbəri ilə rastlaşacağımı düşünürdüm.
A.Fətullayevin məntiqli və səmimi danışığı istər-istəməz məndə maraq oyatdı. Qarşımda artıq adi bir tikinti şirkətinin rəhbərini yox, geniş dünyagörüşə malik insanın dayandığını gördüm. Bu nöqteyi-nəzərdən Akif Fətullayevə qarşı mənim daxilimdə bir rəğbət yarandı və inandım ki, bu adam heç vaxt yalan danışa bilməz. Elə ilk sualıma verdiyi məntiqli cavab da düşündüklərimi təsdiq etdi.
Belə ki, yeni yaşayış binalarında 26 kvm-lik birotaqlı mənzillərin olmadığını və nə səbəbdən belə alındığını soruşduqda, A.Fətullayev belə cavab verdi: "...Vətəndaşlara sökülmüş mənzillərinin sahəsindən az olmayaraq, yeni tikilmiş binadan mənzillər təklif olunmuşdur. Sizə şikayət edən xanımın xahişi ilə, ona 4-cü mərtəbədə yox, 6-cı mərtəbədə mənzil verilmişdir. Şirkət tərəfindən otağın da bəzi əşyalarla təmin edilməsi təklifinə baxmayaraq, xanım bunu qəbul etməmişdir. Biz bundan artıq neyləyə bilərik?”
Mən burada deməyə söz tapmadım ki, axı bu xanım, niyə və nədən narazıdır? Bir sözlə, məlum oldu ki, mənzil tikintisi haqqında qanuları və evlərin bölgü mexanizmini bilmədiyi üçün bu xanımın şikayəti tam əsassızdır.
Elə bu səbəbdən A.Fətullayevlə sağollaşıb getmək istəyirdim ki, bir necə nəfər ofisə daxil oldu. Onlar mənim jurnalist olduğumu və şirkətdən olan şikayətə görə bura gəldiyimi biləndə çiyinlərini çəkib xeyli təəccüb etdilər ki, belə şirkətdən də şikayət etmək olar? Maraq mənə güc gəldi, ona görə bu insanlardan xahiş etdim ki, şirkət və onun rəhbərliyi barədə öz fikirlərini mənimlə bölüşsünlər.
Məlum oldu ki, həmin insanlar yeni mənzillərində gedən təmir işləri ilə əlaqədar tez-tez bura gəlirlər və öz mənzillərinə baxmaq istəyirlər. Bəzən şirkət rəhbərliyi təmir vaxtı vətəndaşların arzu və istəklərini də nəzərə alır. Bu da mənim üçün tam yeni bir fakt idi. İstəyirəm söhbət etdiyim həmin insanları oxucularla da tanış edim. Düzdür, bəziləri şəkillərinin qəzetdə dərc olunmasını istəmədilər, amma fikirlərinin ictimailəşməsində problem görmədilər.
"Hermes-S” MMC şirkətindən ağız dolusu danışan 1947-ci il təvəllüdlü
İbrahimova Rəna Ənvər qızı
çox maraqlı və ziyalı bir insan təsiri bağışladı. Məlum oldu ki, Rəna xanım keçmiş aktrisa imiş. Özü Xeroqrafiya məktəbini və Tibb texnikumunu bitirib. Aktrisa kimi isə, məşhur aktyor və rejissor SSRİ Xalq artisti Adil İsgəndrovun kursunu bitirib. Özü də "Sən niyə susursan”, "Cazibə qüvvəsi”, "Şir evdən getdi”, "Nəsimi” (burada rəqqasə rolunda olub) filmlərində rollara çəkilib. Azərbaycan Kinomotoqrafçılar İttifaqının üzvüdür. Rəna xanım sökülmüş mənzilinin sahəsindən az olmayaraq, ona verilən yeni mənzildən tam razı olduğunu bildirdi:” Bu şirkət hər ay bizim kirayə pulumuzu vaxtlı-vaxtında verir. Şirkət rəhbərliyi şəxsən kirayə qaldığımız mənzillərə də baş çəkir ki, görsün bizim hansısa problemimiz varmı? Vallah, mən bu şirkət rəhbərliyinin yaxşılıqlarının əvəzini necə çıxacam, bilmirəm. Evlərimizi yüksək səviyyədə təmir edirlər”.
Arabxanova Pərixanım Melikbeyovna da şirkətdən çox razıdır. Ona da 10-cu mərtəbədə mənzilinin sahəsindən artıq olaraq, yeni təmirli mənzil verilib. 1978-ci il təvəllüdlü Rəsulov Rövşən Şamil oğluna mənzilinin sahəsinə uyğun olaraq, 12-ci mərtəbədə yeni mənzil verilib: "...Şirkət və onun rəhbərindən yerdən göyə qədər razıyıq. Bizimlə maraqlanır, problemlərimizin olub-olmamasını soruşurlar. Evlərimiz də, şükür Allaha, yaxşı təmir olunur. Sağlıq olsun, martda öz mənzillərimizə köçməliyik”.
Rəcəbova Sevda Hacı-Ağa qızı da mənzilinin sahəsindən az olmayaraq, 12-ci mərtəbədə yeni mənzil alıb. Onun da şirkətdən razılığı var. Taranova Lyubov Alekseyevna da şirkətdən razı olan sakinlər sırasındadır. Onun da mənzilinin əvəzinə 11-ci mərtəbədə yeni mənzil verilib. L.Alekseyevna bildirdi ki, "Mən çox həssas adamam və insanları da yaxşı tanıyıram. Bu şirkətin rəhbərliyi hər bir sakinə çox həssaslıqla yanaşır. Çalışır ki, hamının qəlbini ələ alsın və buna nail olublar da. Biz onlardan çox razıyıq”.
Həmin binanın 7-ci mərtəbəsində ev almış 1958-ci il təvəllüdlü
Tahir Qara oğlu Kərimov
da söhbətə qoşulur: "Qardaş, mənim mənzilim tam qəzalı vəziyyətdə idi, damına qır vurmaqdan yorulmuşdum. İndi mənzilimin sahəsindən artıq olaraq, yeni təmirli mənzil verilmişdir. Şirkət də mənzilimizi yüksək səviyyədə təmir elətdirir. Özünüz yaxşı bilirsiniz ki, bir çox tikinti şirkətləri vətəndaşa yalnız dörd divar verir. Evin təmiri təzə ev almaq kimi bir şey olur. Onu da bildirim ki, köhnə evlərdə qonşuluğumda yaşayan qızım Günel Kərimovaya da mənzilin sahəsindən az olmayaraq, 9-cu mərtəbədə yeni mənzil verilib. Qızım da yaradılmış şəraitdən xeyli razıdır. Həyat yoldaşım Fatma Musayevanın da adına elə həmin ünvanda ayrıca mənzili var idi. Ona da mənzilin sahəsindən az olmayaraq, 9-cu mərtəbədə yeni mənzil veriblər. Biz çox razıyıq”.
Yeri gəlmişkən, şirkətin ofisinə gələnləri ilk qarşılayan A.Fətullayevin köməkçisi Nuranə xanım olur. Nuranə xanım gələn hər bir sakinə o qədər həssaslıqla, diqqətlə və gülərüzlə yanaşır ki, adamlar bəzən niyə gəldiklərini belə unudurlar. Evinin vəziyyəti ilə maraqlanan hər bir sakinə qarşısındakı kompüter vasitəsi ilə bütün xırda detalları belə çox səbrlə çatdırır.
Artıq necə deyərlər, görünən dağa nə bələdçi? Hər şey göz qabağındadır. Indiki zamanda sakinləri nəinki razı salmaq, həm də onların qəlbini ələ alıb, dost ola bilmək, çox böyük hünərdir. İnanırıq ki, "Hermes - S” MMC şirkətinin rəhbərliyi bundan sonra da sakinlərlə belə işləməkdə davam edəcək və tikinti şirkətlərinə qarşı inamı bundan sonra da artıracaq. Bütün bunlara görə, A.Fətullayevə, Nuranə xanıma, şirkətin təsisçisinə və bütün kollektivinə təşəkkürümüzü bildiririk.
QEYD: Bütün bu gördüklərimizi yazacağımı bildirəndə A.Fətullayev etiraz etdi ki, "bu, bizim vəzifə borcumuzdur, nə qəhrəmanlıq etmişik ki? Hərə öz işini düzgün yerinə yetirsə, hamı razı qalar. Hörmətli Prezidentimiz cənab İlham Əliyev məmurlarla görüşündə dəfələrlə vurğulayıb ki, hər bir məmur xalqa xidmət etməlidir. Cənab Prezidentimiz abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına daim qayğı ilə yanaşır. Biz də prezidentin tövsiyəsinə əməl edərək xalqın qulluğunda dayanırıq”.
Hazırladı: Elçin MƏMMƏDLİ
Oxşar Xəbərlər
"Rifah Plaza" şirkətinin rəhbəri: Kasıbların mənim binamda nə işi var?
Şirkət əməkdaşını işdən qovdu - SƏBƏB
Generalın arvadı və qızı Bakıda bir binadan 12 mənzilə iddia edir... - “SUAL OLUNUR, BU QADINLAR 12 MƏNZİLİ HANSI PULLA ALIB?"
Ələt-Astara yolunda işlər pulsuzluqdan tam dayandı
Xəbər lenti
Prezident BƏƏ naziri ilə görüşdü
FOTO
Nazim Quliyev yenidən həbs olundu
Bakıda qıza görə dava:
yeniyetmə bıçaqlandı
İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər -
GİLEY
İcra hakimiyyətləri prezidentin xüsusi nümayəndəliyi ilə əvəz OLUNUR? -
İLGİNC İDDİALAR...
Temperatur 32 dərəcəyə yüksələcək
İlham Əliyevdən sülh danışıqları ilə bağlı
MÜHÜM AÇIQLAMA
Həbsdə olan generalın cinayət işi:
Pulları kimə verib?
Şots:
"İndi sülh fürsəti çox yaxındır"
Naxçıvanda yüksək vəzifəyə TƏYİNAT
“SEVİNC ASLANOVA DEYİR Kİ, POLİSƏ MÜRACİƏT ETSƏNİZ, 1 QƏPİK DƏ VERMƏYƏCƏM” –
Prokuroluğun barəsində açıqlama yaydığı şirkət rəhbəri kimə arxayındır?
Maaş və pensiyaların artırılması ilə bağlı açıqlama -
Mayın 15-dən...
Sağlamlıq arayışlarının ödənişləri niyə fərqlidir?
İlham Əliyevin Şoltsla görüşü BAŞLADI
"Qanunsuz yerə əlilliyi kəsilən insanlara qarşı haqsızlıqlara son qoyun!" -
" QARABAĞ QAZİSİNDƏN SAHİL BABAYEVƏ MÜRACİƏT / VİDEO, FOTO
General olduğum üçün məni qurban seçdilər -
ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR
6 kənddə işıq OLMAYACAQ -
XƏBƏRDARLIQ
"Mən və övladlarım nə üçün əziyyət çəkməliyik?" -
QARABAĞ QAZİSİ RƏSMİ QURUMLARDAN ŞİKAYƏTÇİDİR
Azərbaycanda general vəfat etdi
Prezident niyə Berlinə Füzulidən uçdu? -
3 mesaj
Yeni Klinikada yoxlama: Saxlanılan var -
FOTO
Damla görün kiminlə evlənib
“BİZƏ GÜLLƏ ATIRLAR, BAŞIMIZA OYUN AÇIRLAR” -
“AZƏRŞİN” ASC RƏHBƏRLİYİNİN QANUNSUZLUĞUNDAN ŞİKAYƏT VAR
Küçədə benzin töküb sevgilisini yandırdı
İlk dəfə: Prezidentin təyyarəsi Füzulidən birbaşa Berlinə uçdu
FOTO
Sabahın hava proqnozu açıqlandı
Vidadi İsayev rayonu zibillik yuvasına çevirib -
Videofakt
Paltarlarınızı ağappaq edəcək ÜSUL
SON DƏQİQƏ!
Sahir Rüstəmov vəzifəsindən AZAD EDİLDİ
Kişi xəyanətini etiraf edən arvadını boğub öldürdü
Türkiyə Ermənistanla sərhədin açılması üçün şərt qoydu
İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə etdi -
FOTOLAR
Ətin qiyməti 25 manat olacaq? -
AÇIQLAMA
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər
Azərbaycanın ilk ombudsmanı vəfat etdi
Xocalıda insan qalıqları aşkar edilib -
FOTO
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Müdafiə nazirinin keçmiş müavininin 1 milyard rubl rüşvət aldığı deyilir
Xaricdən gətirilən kartof ölkə daxilində 2 dəfə baha satılır –
RƏQƏMLƏR
ŞAD XƏBƏR! Laçına yol açıldı...
İlham Əliyev quru sərhədinin açılması ilə bağlı danışıb
Prezident İlham Əliyevin uğurla keçən Moskva görüşü
Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik
Müstəqillik illərində Azərbaycan ilə Rusiya arasında əlaqələr daha da inkişaf edib
Rusiya və Azərbaycan münasibətlərinin inkişafı
Hərbi qəniməti ŞƏXSİ MALI kimi istifadə etdi və... -
İTTİHAM VAR...
"WhatsApp"dan hamını sevindirəcək YENİLİK: Artıq internet olmadan... +
FOTO
TƏCİLİ!
Fransa təyyarəsi Bakı hava limanında qəza enişi etdi
Yeni qərar bazarı silkələdi:
Azərbaycanda ət bahalaşacaq
Bu dərmanlarla bağlı qadağa ləğv edilir
PRİZMA
Ənvər Börüsoyun adı gələndə…
MÜSAHİBƏ
1
2
3
4
5
6
Vahid Ələkbərovun keçmişi: "O, İdrisin cənazəsi ilə otaqda tək qaldı...."
- "Dedi ki, şalvarım cırıq olduğuna görə qalxıb oynaya bilmədim…”
Qatil əhmədləri elə televiziyaların belə proqramları yetişdirir...
-Müsahibə
Prezident İlham Əliyevin beynəlxalq media nümayəndələrinə verdiyi müsahibə
Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibəsi
Zeynəb Xanlarovadan SƏRT SÖZLƏR:
"Sübut edin ki, demişəm uşaqpulu verilməsin, 50 ildir..." + VİDEO
Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə
TƏHLİL
"Rusiyanın bu ildən salamat çıxa biləcəyinə çox böyük şübhəm var" -
XAQANİ CƏFƏRLİ
SOSİAL
1
2
3
4
5
6
Maaş və pensiyaların artırılması ilə bağlı açıqlama -
Mayın 15-dən...
6 kənddə işıq OLMAYACAQ -
XƏBƏRDARLIQ
Damla görün kiminlə evlənib
Paltarlarınızı ağappaq edəcək ÜSUL
Xocalıda insan qalıqları aşkar edilib -
FOTO
"WhatsApp"dan hamını sevindirəcək YENİLİK: Artıq internet olmadan... +
FOTO
{sape_links}{sape_article}