Azərbaycan iqtisadiyyatında 3,7% azalma var

Azərbaycan iqtisadiyyatında 3,7% azalma var

 

2016-cı ilin 10 ayında Azərbaycanda 49,2 mlrd manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,7 faiz az ümumi daxili məhsul istehsal edilib.

İlin əvvəlindən ÜDM deflyatoru 13,8% təşkil edib. Bu indeks istehlak və investisiya malları komplektinin ümumi qiymətinin baza ilində analoji mallar və xidmətlərin ümumi qiymətinə nisbətini göstərir. Real ÜDM həcmi nominal ÜDM həcminin deflyatora bölünməsi yolu ilə müəyyən edilir. ÜDM həcminin azalması tikinti sektorunda istehsalın 27,4% pisləşməsi nəticəsində baş verib. (Turan)

ÜDM-də qeyri-neft ÜDM-in payı 32,3 mlrd manatdır, burda 5,5% azalma olub. Əhalinin hər nəfərinə düşən ÜDM 5111,6 manata bərabər olub. Bu, ötən ilin eyni dövründəkindən 4,8% azdır. Neftin ucuzlaşması ilə bağlı 2015-ci ilin fevralında hökumət kəskin devalvasiyaya getdi. Nəticədə makroiqtisadi göstəricilər pisləşdi.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}