Ceyhan terminalından indiyədək 3,6 mlrd. bareldən çox neft nəql edilib -BİL

Bu il (martın 1-nə olan məlumata görə) Türkiyənin "BOTAS International Limited" (BIL) şirkəti tərəfindən Ceyhan neft terminalından 33,48 mln. barelə yaxın neft yola salınıb.
Bu barədə BIL-dən bildirilib.
Qeyd edək ki, Ceyhan limanından Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqlarından hasil edilən və digər ölkələrinin  nefti nəql edilir.
Məlumata əsasən, bu il terminalda 46 tanker yüklənilərək yola salınıb. Ceyhan neft terminalından bu günədək 3,6 mlrd. bareldən artıq neft yola salınıb və 4 705 tanker yüklənilib.
Xatırladaq ki, BIL 2001-ci ildən etibarən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Türkiyə ərazisində istismarı ilə məşğul olur. (apa)


Oxşar Xəbərlər

Xəbər lenti