FED uçot dərəcəsini artırmaq istəyir - DOLLAR BAHALAŞACAQ

FED uçot dərəcəsini artırmaq istəyir - DOLLAR BAHALAŞACAQ

 

Bugünkü ticarət sessiyasında dolların məzənnəsi digər əsas dünya valyutalarına qarşı bahalaşacaq, çünki investorlar ABŞ Mərkəzi Bankı hesab edilən Federal Ehtiyatlar Sisteminin (FED) faiz dərəcələrini növbəti dəfə artıracağını gözləyir.

Sozcu.info "APA-Eonomics”ə istinadən xəbər verir ki, sonuncu ticarət sessiyasında dollar Yaponiya yeninə qarşı 107,36 yen səviyyəsindən 107,62 yen səviyyəsinədək bahalaşıb. Avrozonanın vahid valyutası isə dollar qarşısında dəyər itirərək 1,2346 dollardan 1,2341 dollara qədər azalıb. Əsas valyuta səbətində dolların indeksi 0,01% artaraq 89,95 bəndinədək yüksəlib.

"Silicon Valley Bank”ın valyuta treyderi Min Tranqanın sözlərinə görə, valyuta bazarı iştirakçıları il ərzində faiz dərəcələrinin iki və ya üç dəfə artacağını proqnozlaşdırır. Analitik və treyderlərin fikrincə, ABŞ-da nisbətən müsbət iqtisadi şərtlər FED-in faiz dərəcələrinin bu il ən azı iki dəfə artmasını şərtləndirə bilər.

FED rəsmilərinin sonuncu açıqlamasında ABŞ-da iqtisadi aktivlik üzrə göstəricilərin müsbət olduğu bildirilib.

Aprelin 27-də bazar iştirakçıları ABŞ-da birinci rüb üzrə ÜDM göstəricisinin açıqlanacağı gözləyir. Ekspertlər düşünür ki, ÜDM 2,3% artıb.

Qeyd edək ki, martın sonunda FED uçot dərəcəsini 0,25 faiz bəndi artıraraq 1,5%-dən 1,75%-dək yüksəldib. FED-in növbəti iclasının mayın 1-2-də keçiriləcəyi planlaşdırılır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}