Gürcüstana verilən vizasız Şengen rejimi “Abxaziyaya aid deyil”

 

Gürcüstandan qopmuş Abxaziyanın de-fakto Xarici İşlər Nazirliyi bildirir ki, Gürcüstan vətəndaşları Avropa İttifaqına vizasız rejimin tətbiqi Abxaziyaya aid deyil.

Suxuminin bəyanatından əvvəl Gürcüstan vizasız rejimin ölkədən qopan bölgələrə də aid olduğunu demişdi.

Suxumidə hesab edirlər ki, Tbilisi bu yolla Abxaziya vətəndaşlarını "növbəti dəfə öz siyasi-hüquqi məkanına çəkməyə” çalışır.

 

"Şübhəsiz ki, Tbilisinin bizim vətəndaşları öz tərəfinə çəkmək üçün növbəti cəhdi də əvvəlkilər kimi uğursuzluğa düçar olacaq”.

Suxumidəki hakimiyyətin rəsmi açıqlamasında deyilir ki, Tbilisi "Abxaziya vətəndaşlarının sərbəst hərəkət hüququnda” maraqladırsa, o bölgənin təcridinə yönələn siyasətindən əl çəkməlidir.

Avropa İttifaqına səfər edən Gürcüstan vətəndaşları üçün vizasız rejimin tətbiqi barədə danışıqlar 2012-ci ildən aparılıb.

Sərhəd nəzarətiAvropaya vizasız rejim barədə danışıqlar 2012-ci ildən aparılıb.

Avropa Parlamenti vizaların qaldırılması barədə qərarı cümə axşamı günü keçirilən plenar iclasında dəstəkləyib.

Viza rejiminin ləğvi qısa müddətli (90 günədək) səfərlər üçün nəzərdə tutulur. O, biometrik pasport sahiblərinə şamil edilir.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}