Ərdoğan qələbə anonsu verir: “Bu gün axşama qədər Afrini ala bilərik”

 


 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaradakı Beştəpə sarayında çıxışı zamanı bu gün axşama qədər türk qoşunlarının "Azad Suriya Ordusu” qüvvələri ilə birlikdə Suriyanın Afrin şəhərini ala biləcəyini açıqlayıb.

 

Virtualaz.org xəbər verir ki, Ərdoğan sarayında muxtarlar qarşısında çıxış edərək Afrindən qələbə xəbərinin "gün ərzində gələ biləcəyini” deyib. Türkiyə prezidenti bu qələbə münasibətilə marş yazılması təlimatını verib.

Ərdoğan deyib ki, Afrinin şəhər mərkəzində türk qoşunlarına müqavimət göstərməyə hazırlaşan YPG yaraqlıları indidən qaçmağa başlayıb. Amma onlar qaçarkən dinc əhalini canlı qalxan kimi istifadə etməyə çalışır.

Bundan əvvəl Türkiyə silahlı qüvvələrinin Baş qərargahı Afrinin mühasirəyə alındığını açıqlamışdı.

Virtualaz.org




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}