Putinin səlahiyyətli nümayəndəsi Ərdoğana 6 bəndlik tərif yağdırdı - “O, PARLAQ LİDERDİR”

Putinin səlahiyyətli nümayəndəsi Ərdoğana 6 bəndlik tərif yağdırdı - “O, PARLAQ LİDERDİR”

 

Sozcu.info xəbər verir ki, Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markov öz "Feysbuk” səhifəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın seçkidəki zəfərindən bəhs edib. Putinin politoloqu yazıb:

"Türkiyə. Niyə Ərdoğan qalib gəlir? Səbəblər.

1. İqtisadiyyat. Bu əsasdır. Heç kim, heç bir tənqid Türkiyənin Ərdoğanın dövründəki uğurlarını dana bilməz. İqtisadiyyatın inkişafı ildə təqribən 7-8%-ə bərabərdir. Ərdoğanın hakimiyyətə gəldiyi 2002-ci ildən bəri Türkiyədə əhalinin yaşayış səviyyəsi çox nəzərəçarpacaq dərəcədə artıb. Adambaşına düşən ÜDM (ümumdaxili məhsul – red.) 3,6 min dollardan 11 min dollara qədər, yəni 3 dəfədən çox artıb.

2. Siyasət. Ərdoğan çox parlaq xarizmatik liderdir, müasir Avropa institutları ilə xalq arasında populyar olan ənənəvi, o cümlədən dini dəyərləri bir araya sığışdırmağa çalışır. Və bunu uğurla bacarır.

3. Xarici siyasət. Ərdoğan qüdrətli ABŞ, zəngin Avropa İttifaqı, nüfuzlu İsrail ilə çəkişməkdən qorxmur. Liderlərinin Qərblə konflikdə olması türklərin xoşuna gəlir. Onlar imperialist olduğu üçün Qərbi sevmirlər. Həmçinin, türklər cəsarətinə görə də Ərdoğanı sevirlər.

4. Güc. Ərdoğan hərbçilərin siyasi hakimiyyətini sındırıb. Hərbi çevrilişi dəf edib. Bundan sonra özü də çevrilişə bənzər bir şey edib. Onminlərlə əleyhdarı amansızcasına həbs etdirilib, yüzminlərləsi işdən çıxarılıb.

İnsanlar rəqiblərini sındırıb qələbə çalan sərt liderləri sevirlər. Üstəlik rəqibləri, həbs edilsə də, öldürülməyib.

5. Rusiya. Ərdoğan Türkiyəni türklərin çox hörmət bəslədikləri Rusiya ilə yaxınlaşdırdı. Ərdoğanın "böyük və dəhşətli” Putinlə daimi görüşləri Ərdoğana olan hörməti daha da artırır.

6. Psixologiya. Ərdoğan çox parlaq liderdi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}