Rusiyalı telejurnalist Britaniya xüsusi xidmətini ayağa qaldırdı –Hərbi bazalara casus siqnalı göndərildi

Rusiyalı telejurnalist Britaniya xüsusi xidmətini ayağa qaldırdı –Hərbi bazalara casus siqnalı göndərildi

 

Böyük Britaniya Müdafiə Nazirliyi ölkədəki bütün hərbi bazalara casusluq siqnalı ilə xəbərdarlıq göndərib.

Sozcu.info bildirir ki, buna əsas isə Rusiya 1-ci kanalının jurnalistinin Böyük Britaniyanın 77-ci briqadasının (kiber hücumlara qarşı hərbi hissə) mənzil qərarghanın yanında görünməsi olub. "Daily Mail” qzəetinin yazdığına görə, noyabrın 21-də 1-ci kanalın jurnalisti Timur Siraziyev və operator Dmitri Volkov hərbi bazanın yaxınlığında kameraya düşüblər. D.Volkov maşının sərnişinlərə aid bölməsində hərbi bazanı kamera ilə kənardan çəkirmiş.

Xəbərdə jurnalist və onun operatorunun sürdükləri "Toyota Avensis” markalı avtomobilindəki görüntülərinə də yer verilib. Gələn informasiyalarda onların hərbi bazanın ərazisinə daxil olmaq istədikləri bildirilib. Böyük Britaniya müdafiə naziri Kevin Uilyamson dərhal hadisə barədə məlumatlandırılıb və işlə bağlı araşdırma başlanılıb.

Hərbi hissə komandirlərinə isə Rusiya jurnalistlərinin müvafiq obyektlərinin yaxınılığında görünmələri halında polisə xəbər vermələri tapşırılıb. (Böyük Britaniya hərbçilərinin mülki əhalini həbs etmək hüququ yoxdur). Bukinhem universitetinin Təhlükəsizlik və kəşfiyyat mərkəzinin direktoru Entoni Qlis çəkiliş qrupunu casusluq fəaliyyəti apardığına şübhə etmədiyini söyləyərək Böyük Britaniya təhülkəsizlik orqanlarını Rusiya jurnalistlərinin fəaliyyətlərinə daha çox nəzarət etməyə çağırıb.

Maraqlıdır ki, hadisədən bir güm öncə Timur Siraziyevin 1-ci kanalında 77-ci briqada ilə bağlı reportajı gedib. Burada rusiyalı jurnalist 77-ci briqadanı Rusiya haqqında yalan informaisyalar yayan "trollar fabriki” adlandırıb. Rusiya mətbuatı isə Böyük Britaniyada Kremlə qarşı 2 min nəfərdən ibarət xüsusi kiberordu yaradıldığını yazır.

Rusiyanın Böyük Britaniyadakı səfirliyi 1-ci kanalın jurnalistlərinə qarşı bu ittihamı yolverilməz hesab edib. Səfirlik jurnalistlərin bütün şəxsi sənədlərinin, hətta avtomobillərin qeydiyyat nömrələrinin açıq şəkildə elan olunmasının onlaırn təhülkəsizliyini təhdid altında qoyduğunu iddia eidb. Səfrilik hətta Böyük Britaniya hakimiyyətini mətbuat azadlığına əngəl olmaqda suçlayıb.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}