Mitinqə oxşayan mətbuat konfransı- Jurnalistlər Putinin diqqətini çəkmək üçün bu plakatları qaldırdılar

Mitinqə oxşayan mətbuat konfransı- Jurnalistlər Putinin diqqətini çəkmək üçün bu plakatları qaldırdılar

Rusiya prezidenti Vladimir Putinin illik mətbuat konfransı jurnalistlərin sayına görə rekord vurdu.

Xarici mətbuat xəbər verir ki, bu dəfə akkreditədən 1640 jurnalist keçmişdi ki, bu da ötənilki mətbuat konfransı ilə müqayisədə 200 nəfər daha çox KİV nümayəndəsi deməkdir.

Qələbəliyin arasında itib-batmamaq və diqqət çəkmək üçün tədbirə hazırlıqlı gələn jurnalistlər də var idi. Onlar özləriyə tədbirə Putin və Rusiya hökumətinə mesaj xarakterli şüarların yer aldığı plakatlar gətirmişdilər ki, bu da zalda mitinq görüntüsü yaratmışdı.

Həmin plakatlardan biri mətbuat konfransının gedişində Putinin də diqqətini çəkdi. Rusiya prezidenti xanım jurnalistlərdən birinin əlində olan "Putin Babay" yazılmış plakatı "Putin bay-bay" kimi anladı. Tatarıstandan olan jurnalist məsələyə aydınlıq gətirərək bildiridi ki, ölkəsində həmin ifadə "Putin baba"mənasını verir. 
 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}