İlham Əliyev bu günümüz və gələcəyimizdi- Gəncəlilər

 

 

Müstəqil Ekspert Qrupumuz prezident seçkiləri ilə əlaqədar olaraq,   Bakı şəhərinin  Yasamal, Binəqədi, Səbail, Nəsimi, Nərimanov rayonlarında, Şirvan, Sumqayıt, Mingəçevir şəhərlərində ümumilikdə 160-dan çox seçki məntəqələrində seçki öncəsi prosesin səviyyəsini izlədikdən sonra Gəncə şəhərinin 20-dən çox məntəqəsində də müşahidələr, monitorinqlər və mini sorğular apardı.  

 

Müşahidələrimiz göstərdi ki, bütün məntəqələrin seçki gününə hazırlığı qənaətbəxşdir. Məntəqələrin hamısında seçici siyahıları hazırdır, seçki kabinalarının əksəriyyəti quraşdırılıb, bildirişlərin yazılması prosesi tamamlanıb, bildirişlər paylanılır. 

Seçki məntəqələrinin əksəriyyətində müşahidəçilər müəyyənləşdirilib,  çoxsaylı məntəqələrdə internet vasitəsilə seçkilərin dünyanın istənilən nöqtəsindən izlənməsinə imkan verən kameralar quraşdırılıb.

 

Ekspert Qrupumuz Gəncə şəhərinin sosial-iqtisadi vəziyyəti haqqında və prezident seçkiləri haqqında mini sorğular da apardı.

Gəncəlilər bizə maraqlı cavablar verdilər:

1. Gəncədə mövcud olan sənaye sahələrinin əsasında dövrün tələblərinə uyğun müasir zavodlar və fabriklər quraşdırılmalıdır.

2. Gəncədəki alüminium zavodunu ekoloji cəhətdən zərərsiz, müasir  sənaye sahəsinə çevirmək lazımdı.

3. Gəncədə kənd təsərrüfatı məhsullarının emal müəssisələrini yaratmaq lazımdı.

4. Kənd təsərrüfatı məhsullarının emalı zavodları məhsulları kəndlidən satın almalıdı.

5. Gəncədə turizm sahəsini yaratmaq və inkişaf etdirmək lazımdı.

6. Bank sektorunda ciddi islahatlar aparılmalıdı. Kreditlər aşağı faizlərlə verilməlidi. Yalnız bu halda orta və kiçik sahibkarlıq inkişaf edəcək. Yəni bütövlükdə xalqın rifah halı yüksələcək.

6. Gəncəlilər hamılıqla İlham Əliyevə səs verəcəklər. Ona görə ki, ölkəmizdə və Gəncədə yeni sənaye sahələri yaratmağa, işsizliyi aradan qaldırmağa qadir olan yeganə şəxs İlham Əliyevdi. İlham Əliyev bu günümüz və gələcəyimizdi. 

 

 

Prof.Dr. Qüdrət İsaqov

Müstəqil Ekspert Qrupunun rəhbəri,

Avropa Təbiət Elmləri Akademiyasının akademiki,

2008 və 2013-cü illərdə Azərbaycan prezidentliyinə namizəd


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}