Prezident İlham Əliyev daha bir neçə obyektin açılışını edib - İmişlidə

Prezident İlham Əliyev daha bir neçə obyektin açılışını edib - İmişlidə

 

Oktyabrın 22-də İmişli rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçası açılıb.

Mia.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Dövlət başçısı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsib və burada yaradılan şəraitlə tanış olub.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də İmişlidə Bayraq Muzeyinin açılışında iştirak edib.

Dövlət başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyev muzeydə yaradılan şəraitlə tanış olub.

***

Oktyabrın 22-də "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin İmişli Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərkəzin açılışında iştirak edib.

Dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub.

***

Prezident İlham Əliyev oktyabrın 22-də İmişli rayonuna səfəri çərçivəsində "ASAN Həyat” kompleksinin açılışında iştirak edib.

Dövlət başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsib.

Komplekslə tanışlıq zamanı Prezident İlham Əliyevə görülən işlər barədə məlumat verilib.

Dövlət başçısı İmişli "ASAN xidmət” mərkəzini işə salıb.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}