Qarabağ məsələsində hansı kreativ ideyadan söhbət gedir?

 

Politoloqlar Rusiya Xarici İşlər Nazirliyi sözçüsünün açıqlamasını ciddi qəbul etmirlər

Qabil Hüseynli: "Qarşıdakının gözünü boyamaq xatirinə siyasi manevrləri rədd edirəm”

Elxan Şahinoğlu: "Mariya Zaxarovanın nə demək istədiyini mən anlamadım”

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair "kreativ ideyalar” üzərində iş gedir və bu ideyalar münaqişənin nizamlanması üçün əsas ola bilər”. Dünən belə bir bəyanatla Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova çıxış edib.

Zaxarovanın sözlərinə görə, hazırda ekspertlər Qarabağ nizamlanmasına dair kreativ ideyalar işləyib hazırlayır. "Məsələ bax belədir, gələcək barədə danışsaq həmin ideyalar işlənib hazırlanmalıdır və onlar kreativ olmalıdır. Məhz bu cür işlənib hazırlanmış kreativ ideyalar dəstəklənəcək”-Rusiya XİN rəsmisi bildirib.

Qeyd edək ki, indiyə qədər danışıqlar masası üzərində "Madrid prinsipləri” adlanan sənəd yer alırdı. Və həmin sənəd üzərində uzun müddət danışıqlar getsə də, prinsiplərin hamısını razılaşdırmaq mümkün olmadı. Nəticədə həmin sənəd münaqişənin həlli baxımından özünü doğrultmamış hesab edildi və tərəflər faktiki olaraq bu prinsiplər üzrə danışıqları dayandırdılar.

Bu arada Azərbaycan prezidenti lham Əliyevin Ermənistanla sərhədin Qazax və Ağstafa rayonları istiqamətindən keçən hissəsindəki döyüş postlarına sərhəd qoşunlarının bölmələrinin yerləşdirilməsi əmrini verməsinə görə İrəvanda yaranmış panika da diqqəti çəkir.

Ermənistanın sərhəd qoşunlarının keçmiş komandanı, general-mayor Levon Stepanyan Azərbaycanın Qazax və Ağstafa istiqamətində qoşunların təmas xəttinə sərhəd qoşunlarını yerləşdirməsi barədə xəbərləri şərh edərkən deyib ki, Azərbaycan Ermənistanla sərhədin bu strateji əhəmiyyətli istiqamətində müdafiəni zəiflədən deyil.

Məsələyə erməni hərbi ekspert, keçmiş müdafiə naziri Seyran Ohanyanın müşaviri olmuş David Camalyanın mövqeyi də birmənalı deyil.

"Bu addım Azərbaycanın Qarabağı geri almaq üçün yeni hücum əməliyyatlarına başlamağa hazırlıq görməsinin əlamətidir”,- deyə erməni hərbi ekspert vurğulayıb.

Camalyan iddia edir ki, Azərbaycan Qarabağa qarşı hücuma hazırlaşır: "Prinsipcə istisna etmək olmaz ki, formalaşdırılan hücum qruplaşmasına onların 3-cü ordu korpusunun bölmələri də daxil ediləcək. İndiki halda prinsipial olaraq bunu qeyd etmək vacibdir: Azərbaycanda həm daxili qoşunlar, həm sərhəd qoşunları Qarabağa mümkün hücum zamanı onların döyüş əməliyyatlarına tam cəlb edilməsi nəzərə alınmaqla təşkil olunub. Yəni Azərbaycanın sərhəd qoşunlarının qismində təkcə sərhədlərin qorunması funksiyasını həyata keçirən struktur kimi deyil, qarşısında həm də döyüş vəzifələrinin yerinə yetirilməsi dayanan tammiqyaslı döyüş vahidi kimi görmək lazımdır. Ona görə də biz arxayın olmalı deyilik ki, sərhədin şimal-şərq hissəsində daha sakitlik olacaq”.

"Bu məsələyə birmənalı fikir bildirmək lazımdır”

Похожее изображение

Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarovanın bəyanatını şərh edən keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli "Hürriyyət”ə dedi ki, əslində bu bəyanat məsələnin həllini bir qədər də mürəkkəbləşdirir: " Qarabağ məsələsini bu qədər mürəkəbləşdirmək nəyə lazımdır? Mariya Zaxaraova böyük bir ölkənin Xarici İşlər Nazirliyinin sözçsüsüdr. Erməni təcüvüzü, onun doğurduğu nəticələr ortadadır. Ermənilər işğal etdiyi ərazidən çıxmalıdır. Bu məsələlərə dair artıq kifayət qədər formalaşmış rəylər var. Dünyanın aparıcı beynəlxalq təşkilatları da bu məsələnin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsini istəyir. Başqa baş sınıdırlası, mürəkəb hadisələr barədə danışmaq sadəcə olaraq fəaliyyət imitasiyasından başqa bir şey deyil. Bu məsələyə konkret, qəti, birmənalı fikir bildirmək lazımdır”.

"Bu məsələdə beynlxalq hüquq normalarına əməl edilməsini istəyirəm”

"Sadəcə, Rusiya göstərmək istəyir ki, problemlə məşğul olur. Problemin həllini öz nəzarətində saxlayır və fəallıq görüntüsü yaradır. Rusiyanın digər həmsdərlərdən fərqli olraq təşəbbüsü öz əlinə almaq, bu məsələdə mövqe görüntüsü yaratmaq iddiası var. Bütün bunlar hamısı siyasi xarakter daşıyır və işini xeyrinə olan amillər deyil. Mən bu məsələdə beynlxalq hüquq normalarına əməl edilməsini istəyirəm və eyni zamada bu məsələni süni surətdə mürəkəbləşdirib, qarşıdakının gözünü boyamaq xatirinə siyasi manevrləri rədd edirəm”,-deyə politoloq vurğulad.

"Ermənilərin bəhanə yeri qalmayacaq”

"Azərbaycanın sərhəd qoşunlarının Ermənistanla sərhədin Qazax və Ağstafa istiqamətlərində yerləşdirilməsi ilə bağlı keçmiş müdafiə naziri Seyran Ohanyanın müşaviri olmuş David Camalyan deyib ki, bu addım Azərbaycanın Qarabağı geri almaq üçün yeni hücum əməliyyatlarına başlamağa hazırlıq görməsinin əlamətidir. Sizcə, də bu belədirmi” sualına Q. Hüseynli belə cavab verdi: "Bu, belə də ola bilər. Ermənilər bunu hər an gözləməlidirlər. Amma sərhəddi Sərhəd Qoşunları qorumalıdır. Özü də bu sərhəd Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatnın üzvlüyünə daxil olan bir ölkə ilə sərhəddir. Sabah ermənilər Azərbaycana böhtan atmamaq üçün belə bir addım atılıb. Sonra deməsinlər ki, Azərbaycan tərəfindən hücum oldu. Məncə, bu düzgün addımdır və bütün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan ölkələrin sərhədlərində sərhəd qoşunları dayanıb. Mülki müdafiənin geniş potensiallı qoşunları deyil, məhdud səlahiyyətli və nisbətən yüngül silahlarla silahlanmış sərhəd qoşunları daxildir. Ona görə də ermənilərin bəhanə yeri qalmayacaq”.

"Sərhəd qoşunlarının arxasında Müdaifə Nazirliyinin böyük qoşun hissələri dayanır”

"Amma bildiyimiz kimi, sərhəd qoşunlarının döyüş hazırlığı yoxdur. Onların sərhədlərə yerləşdirilməsi Azərbaycanın gələcəkdə həmin sərhədlərdə qalacağı demək deyilmi” sualına gəlincə, politoloq qeyd etdi ki, Azərbaycan elə buna görə onu edir: "Ermənistanla sərhəddə döyüş qabiliyyəti olan ordunun yerləşdirilməsi və onun yüksək döyüş hazırlığı, daha yaxşı silahlarla silahlandırılmasının nə mənası var ki?! Əgər Ermənistan tərəfindən hücüm edəcəklərsə, sərhəd qoşunlarının arxasında Müdaifə Nazirliyinin böyük qoşun hissələri dayanır və onlar bunu dəf edəcək. Sadəcə olaraq ermənilərin əlindən bəhanə alınır ki, onlara hücum edən olmayacaq. Yəni hücum qabiliyyətinə malik olmayan, sadəcə olaraq sərhəddi qoruyan qüvvələr dayancaq”.

Картинки по запросу Elxan Şahinoğlu

Mariya Zaxarovunun açıqlaması ilə bağlı "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloqElxan Şahinoğlu isə dedi ki, bu açıqlamanı elə onun özü izah etsə, daha yaxşı olardı: "Mən belədə tapmaca tapmalı olaram ki, o nəyi nəzərdə tutur. "Kreativ” deyəndə, bunun nəyi kreativdir? Qarabağ ətrafındakı rayonlar boşaldılmalıdır ki, mərhələli həll planı işə düşsün. Bu fikri o tərəfə də, bu tərəfə də çevirmək olar. Amma həll yolu bir dənədir, ayrı yolu yoxdur. Bunu elə rusların özləri də qəbul edib. Madrid planını kim hazırlayıb? Rusiyalı, fransalı, amerikalı həmsədrlər hazırlayıb. Ona görə, Mariya Zaxarovanın nə demək istədiyni mən də anlamadım”.

"Guya, kreativ ideyalar var”

"Mariya Zaxarova ara-sıra Qarağla bağlı açıqlamalar verir. Yəni demək istəyir ki, guya, Rusiyanın nəsə fəaliyyəti var. Amma ortada konkret fəaliyyət yoxdur. Ona görə, fəaliyyətin imitasiyası ilə məşğul olmaq üçün ara-sıra belə fikirlər səsləndirirlər. Guya, kreativ ideyalar var, tərəflər hansısa bir addm atır. Amma ortada real bir nəticə yoxdur”,-deyə politoloq vurğuladı.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}