Romada Azərbaycan diplomatları ilə bağlı qalmaqal

İtaliyanın paytaxtı Roma şəhərində insan hüquqları ilə bağlı tədbirdə azərbaycanlı diplomatların iştirakı ilə qalmaqal yaşanmasına dair yayılan xəbərlərin təfərrüatı məlum olub.

"Qafqazinfo” xəbər verir ki, dünən İtaliya mətbuatına istinadən yazılan xəbərə görə, Amnesity İnternational təşkilatının İtaliya bölməsinin və İtaliya Milli Mətbuat Federasiyasının (FNSİ) insan hüquqları ilə bağlı birgə təşkil etdiyi tədbirdə azərbaycanlı diplomatlar başda Azərbaycanın İtaliya səfirliyindəki 1-ci katib Erkin Heydərli olmaqla, tədbirə etirazlarını bildiriblər.

Məlum olub ki, fevralın 26-da Amnesty İnternational İtaliya Qrupunun təşkilatçılığı, Leyla və Arif Yunusların qızı olan Dinara Yunusun iştirakı ilə keçirilən tədbir Azərbaycanda insan hüquqlarının vəziyyətinə həsr olunub.

Belə bir tədbirin keçiriləcəyi barədə məlumat əldə edən kimi Azərbaycanın İtaliyadakı diplomatik nümayəndəliyi və Romada təhsil alan bir qrup tələbələrimiz təşkilatçılara məktub göndərərək bu tədbirin təxribat xarakteri daşıdığını və onun Xocalı soyqırımının 24-cü ildönümü ərəfəsinə təsadüf etməsinin erməni tərəfinin bu faciə barədə həqiqətlərdən İtaliya ictimaiyyətinin diqqətinin yayındırmaq məqsədi daşıdığını bildirib. Həmçinin bu tədbir barədə ilk məlumatın tədbirin təşkilatçıları kimi təqdim edilən İMMF, Amnesty İnternational İtaliya Qrupunun saytlarında deyil, İtaliya erməni icmasının saytında çıxması faktı bir daha tədbirin arxasında erməni tərəfinin dayandığını göstərir.

Tədbirdə natiq qismində ermənipərəst tədqiqatçı jurnalist Simone Zoppellaro çıxış edib. Qeyd edək ki, S.Zoppellaro faktiki olaraq İrəvanda yaşayır və işğal olunmuş ərazilərə qanunsuz səfər etdiyinə görə Azərbaycan XİN-in arzuolunmaz şəxslər siyahısına daxil edilib. S.Zoppellaronun eyni zamanda ABŞ-In erməni icmasına mənsub The Armenite jurnalında da yazıları çıxır.

TAP əleyhinə mütəmadi yazılarla çıxış edən Elena Gerebizza da ənənəvi çıxışını edib. Ardınca TAP-a qarşı hazırlanmış veb filmi nümayiş etdirib.

Tədbirin sonunda diplomatımız əlini qaldıraraq söz almaq istəsə də, R.Noury bu tədbirdə auditoriyanın sual və replika verməsinin nəzərdə tutulmadığını bildirib və aqressiv şəkildə İMMF və Amnesty İnternational İtaliya Qrupu tərəfindən belə qərar alındığını bildirərək təbdiri bağlı elan edib.

Daha sonra Azərbaycan diplomatı özlərini insan hüquqlarının və söz azadlığının müdafiəçisi adlandıran qurumlar tərəfindən təşkil olunmuş bir tədbirdə auditoriyaya öz fikrini söyləməyə imkan verməməyin gülünc olduğunu, çıxışçıların İtaliyanın kütləvi informasiya vasitələrində Azərbaycan əleyhinə təbliğat aparan qərəzli şəxslərdən ibarət olduğunu bildirib. Bu zaman G.Giulietti Azərbaycan diplomatına yaxınlaşaraq onu əl hərəkətləri hədələyib.

R.Noury isə Azərbaycan diplomatlarına və tələbələrə qarşı etikaya uyğun olmayan tərzdə davranaraq polislərə zalı boşaltmağı tapşırıb. Daha sonra azərbaycanlı tələbələrin bir qismi "Xocalıya ədalət” şüarlarını səsləndirib. Bundan sonra polis iştirakçılara yaxınlaşaraq onları zalı tərk etməyə çağırıb.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}