Bakının mərkəzində yaşayan ailənin ürək dağlayan dramı: “Ana kimi diz çökürəm…” - VİDEO

Bakının mərkəzində yaşayan ailənin ürək dağlayan dramı: “Ana kimi diz çökürəm…” - VİDEO

 

Məmmədov Natiq Ramiz oğlu 1983-cü ildə Bakının Nəsimi rayonu, Turgenov küçəsi ev 10-da nəmişlikdən uçub-dağılan daxmada doğulub, boya başa-çatıb.

Sozcu.info xəbər verir ki, Natiq dünyaya serebral iflic xəstəsi kimi göz açıb: "5 yaşında qız övladım var. Övladımı normal şəraitdə böyüdə bilmirəm. Evin nəmişliyindən yaşamaq mümkün deyil. Şəraitim çox acınacaqlıdır. Uşağım revmatimza xəstəsidir, astmaya çevrilə bilər. Özüm birinci qrup əliləm. Yoldaşım da artıq revmatizm olub, ürək qüsurları üzə çıxır. Hamısının səbəbi də evdəki nəmişlikdir”.

Natiq deyir ki, başqa ev qurmağa imkanı çatmır: "Birtəhər dolanıram, amma evi qurmağa gücüm çatmır. Övladımı normal evdə böyütmək istəyirəm (ağlayır)”.

Natiqin anası Xırda Məmmədova deyir ki, oğlu 36 ildir bu vəziyyətdədir: "Özü anadan olandan iflicdir, bax bu nəmişlikdə böyüyüb, indi də balası böyüyür. Mənim də çarəm yoxdur. Mən də onun-bunun evində işləyirəm. 200 manata uşağa baxıram. Mənim də imkanım yoxdur kömək edim. Özüm də xəstəyəm - şəkərəm. Xahişim odur ki, balama kömək etsinlər, ev versinlər. Başqa heç nə istəmirəm”.

X.Məmmədova deyir ki, digər oğlu da ikinci qrup əlildir: "Onun da şəraiti pisdir. 15 kvadrat metr ərazidə yaşayır, o da suyun, nəmin içindədir”.

Ailənin maddi durumu pis olduğundan Natiq davamlı müalicə də olunmayıb. Taleyi ilə barışan Natiq nəmdən divarları qopuq-qopuq olan evdə 36 ildir, canını "çürüdür”. Bir neçə ildir ailəyə verilən ünvanlı sosaial yardım da dayandırılıb: "İşə düzələndən sonra sosial yardım da kəsilib. Pensiya və 270 manat maaş alıram”.

Natiq bu ağır tale yükünə həyat yoldaşı Ruhanəni də ortaq edib.7 ildir ailəli olan cütlüyün 6 yaşında bir qız övladları var. Serebral iflic atanın övladı da revmatizma və astma xəstəliklərindən əziyyət çəkir.

Natiqin anası deyir ki, uşaq havasız evdə qalmaqdan xəstə düşüb: "Uşaq evdə nə qədər qalar, ev də ev deyil. Bax bu havasız yerdə uşaq necə nəfəs ala bilər?! Nəmişlik bir yandan, havası da yox. Həkimlər deyir, ona havalı ev lazımdır, pəncərəni açın, gün düşsün evə. Haranı açım, qurban olum sizə?! Pəncərəni də açsaq, sanitar qovşağın iyi evimin içindədir”.

Dözülməz həyat şəraiti 7 illlik ailəli olan Natiqin ömür-gün yoldaşının da əsəb sistemini pozub. M.Ruhanə revmatizma və əsəb xəstəliyindən əziyyət çəkir: "Mən 7 ildir bu evdə yaşayıram. Çətin vəziyyətdəyəm. Nəfəs ala bilmirəm. Həkimlər deyir, tezliklə bu evdən çıxmaq lazımdır. Mənim də ona imkanım yoxdur ki, gedib hardasa kirayə qalım. Yeməyim də bu evdə, içməyim də yatmağımda. Hamısı bu evin içindədir. Nəmişlikdən nəfəs ala bilmirəm. Yoldaşım da birinci qrup əlildir”.

Ev sahibinin sözlərinə görə, evin döşəməsi bir neçə dəfə nəmdən çürüyüb. Günəş işığından məhrum darısqal otağın havalandırılması da qeyri-mümkündür. Çünki evin divarının digər üzü məhz ümumi sanitar qovşaqla bitişikdir. Darısqal həyətdə gəzmək bir kənara, hətta evin içində belə qoxudan nəfəs almaq mümkünsüzdür: "Bir ana kimi xahiş edirəm, iki övladım şikəstdir. Heç olmasa, onlarda birinə ev versinlər. Bir ana kimi diz çökürəm onların qabağında. Çünki bunun şəraiti bundan sonra düzələsi deyil”. Mən 36-37 ildir iki şikəst övladın dərdini çəkmişəm, indi istəmirəm, balamın balası da bu günə qalsın (ağlayır)”.




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}