Göyçay sakinindən qanunsuz saxladığı odlu silah götürülüb

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yuxarı Şirvan bürosuna verilən məlumata görə, tədbir zamanı rayonun Potu kənd sakini Rövşən Məmmədovdan müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi götürülüb.
Onun barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.


Oxşar Xəbərlər

Xəbər lenti