Dəhşət: Tanışı 43 yaşlı kişini bıçaqladı

Sumqayıt şəhərində baş verən qətl hadisəsi ilə bağlı cinayət i açılıb.
Bu barədə Sozcu.info-a şəhər prokurorluğundan məlumat verilib.
Bildirilib ki, yanvarın 11-i saat 21 radələrində Sumqayıt şəhər sakini, 1977-ci il təvəllüdlü Rövşən Musayevin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla zərərçəkmişlərin tanışı, 1975-ci il təvəllüdlü Rüfət Məmmədovun Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Rövşən Musayevə xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Rüfət Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir


Oxşar Xəbərlər

Xəbər lenti