8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Şəki rayonunun Köbər Zəyzid kənd sakini Tünzalə Kərimova tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. T.Kərimova yazır ki, qarşılaşdığı problemlə bağlı aidiyyəti qurumlara müraciət etsə də, onun şikayətinə baxan yoxdur:
“Mənim 3 övladım var, onlardan biri anadangəlmə serebral iflic xəstəliyindən əziyyət çəkir, nə gəzmir, nə danışmır. Biz birotaqlı qəzalı vəziyyətdə olan uçuq daxmada yaşayırıq. Divarların çatlarından ilanlar, siçovullar evə girirlər. Dəfələrlə evdə ilan öldürmüşük. Gecələr yatmayıb, uşaqları qoruyuram.
İllərdir Şəki rayon İcra Hakimiyyətinə, eləcə də digər müvafiq qurumlara müraciət etsəm də, bizə heç bir kömklik olunmur.
Kəndin icra nümayəndəsini çağırmışıq ki, evə baxış keçirsini, bizə deyir hələ uçanadək yaşamaq olar. Onu da deyir ki, evin hər tərəfinə su qoyun, ilanlar içib getsinlər, içəri girməsinlər. Mənim uşaqlarım daim təhlükə vəziyyətində yaşayır, bunun bizə verdiyi məsləhətə baxın.
İcra nümayəndəsinin sözləri bir ana kimi mənə çox pis təsir etdi, odur ki, dərdimi sizə danışmaq istədim. Bəlkə rəsmi qurumlar sizin vasitənizlə səsimi eşidər və problemimin həllinə kömək edərlər…”.
Hurriyyet.az
Redaksiyadan. Mövzunu diqqətdə saxlayacağıq.