“LukOyl” benzin əvəzinə su satır? – VİDEO


“LukOyl Azərbaycan”a məxsus yanacaqdoldurma məntəqələrində benzinin tərkibinə su qatıldığı bildirilir. Sozcu.info  xəbər verir ki, bu barədə avtotəmir məntəqəsində çəkilən video social şəbəkələrdə yayılıb.

Belə ki, avtomobil ustası eyni problemlə təmirə gətirilən iki avtomobilin çənindən çıxan benzinin tərkibinə su qatıldığını göstərib.

Avtomobil sürücüsü benzinin “LukOyl Azərbaycan”a məxsus olduğunu deyib.

Pravda.az məsələ ilə bağlı “LukOyl Azərbaycan”ın baş ofisi ilə əlaqə saxlayıb. Şirkətin mediaya məsul şəxsləri telefona cavab verməyiblər. Zənglərə cavab verən əməkdaş isə bildirib ki, növbəti həftə şirkətə müraciət ediləcək.

Pravda.az



Oxşar Xəbərlər

Xəbər lenti