Nizami rayonunda “Sizin Məkan” kafesində artırma işlərinə hansı məmur icazə verib?

Nizami rayonunda növbəti qanunsuz tikinti qeydə alınıb. Bu faktı sosial platformada yayımlanıb.

Xalq-ın məlumatına görə sözügedən tikinti tamamilə qanunsuz və gizli şəkildə həyata keçirilir.

Qanunsuz tikinti Nizami rayonu Məmmədəli Şərifli küçəsi 92 ünvanında yeləşən “Sizin Məkan” adlı kafedə aparılır.

Belə ki, qanunsuz tikilən obyektdə əlavə artırma işləri aparılır. Bu, Bakıdakı “klassik sxem”dir: qanunsuz obyekt inşa edilir, daha sonra kosntruksiyalarla əlavə artırma işləri aparılır.

Məsələ ilə bağlı Nizami rayon İcra Hakimiyyətindən və Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən heç bir açıqlama almaq mümkün olmadı.

Qeyd edək ki, Nizami rayonu ərazisində belə qanunsuz tikintilər ilk deyil. Qanunsuz tikintilərlə bağlı sosial platformalarda mütəmadi xəbərlər dərc olunur.

Qurumların da fikirlərini dərc etməyə hazırırq.

Qeyd edək ki, 2022-cu ildən Nizami rayon İcra Hakimiyyətinin başçısı Çoşqun Cəbrayılovdur.




Oxşar Xəbərlər

Xəbər lenti