8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
-Tokayevin Ermənistanın ünvanına söylədiyi xoş sözlər, bir çox azərbaycanlıların hissiyyatına toxunmaya bilməz. Doğrudanmı, Ermənistan Qazaxıstan üçün belə vacib tərəfdaşdır? Axı Azərbaycanla ticarət dövriyyəsi və digər əlaqələr, Ermənistanla ticarət əmtəə dövriyyəsindən dəfələrlə çox gəlir gətirir. Burada yenə də Astananı Qafqazdakı for-postu ilə əməkdaşlıq etməyə məcbur edən Moskvanın güçlü təzyiqlərı var?
-Tokayev diplomatdır və hələ də tam səlahiyyətli dövlət başçısı olmadığına görə, diplomatın dili ilə danışır. Görünür yeni vəzifəyə uyğunlaşmadığına görə, bəzi nüanslara diqqətlə riayət etmək lazım olduğu unudur. Təbii ki, Azərbaycan Qazaxıstan üçün həm siyasi, həm də iqtisadi cəhətdən daha vacibdir. Qazaxlar azərbaycanlılara qarşı birmənalı şəkildə qardaş xalq kimi yanaşırlar, Qazaxıstanda olan Azərbaycan diasporu dost və böyük diasporlardan biridir. Hər iki qardaş ölkənin qədim arzusu olan türklərin birləşməsində və İpək Yolunun dirçəldilməsində və inkişafında maraqlı olmayan Moskvanın təzyiqi da istisna deyil.
-Qazaxıstanın Azərbaycan və Türkiyə ilə çox möhkəm iqtisadi və siyasi münasibətləri var. Nazarbayev dövründə bu münasibətlər yalnız inkişaf edirdi. Tokayev prezident seçildikdən sonra Qazaxıstanın bu ölkələrlə və bütövlükdə türk dünyası ilə siyasi münasibəti necə olacaq?
Hesab edirəm ki, hər şey əvvəlki kimi qalacaq. Və məsələ yalnız Tokayevin özünün istəyi ilə deyil, xalqın arzusundan aslıdır. Qazaxıstana güclü və eyni zamanda "böyük qardaş” olmaq istəməyən dostlar lazımdır. Bu isə məhz Türkiyə və Azərbaycandır. Deyilənə görə, qardaş xalqlar mövcud deyil, hər kəs öz-özlüyündədir, lakin beynəlxalq aləmdə mühüm qərarlar qəbul edilərkən Qazaxstan məhz türk ölkələrindən səs və dəstək alır və bu qarşılıqlı surətdə olduğu üçün başa düşüləndi, çünki millətlər arasında qan telləri hələ də var.
Qazaxstanın tanınmış hüquq müdafiəçisi Aygül Utepovanın fikirləri isə belədi:
Ticarət mərkəzlərində ömrüm boyu bir dəfə də olsun Ermənistanda istehsal olunan məhsul görməmişəm. Bədnəm ermənilərin konyaklarından başqa. Buda bizə elə də lazım deyil, çünki Qazaxıstanda yaxşı üzüm bağları və şərab zavodları var. Unutmaq olmaz ki, Qazaxıstanda Azərbaycanın böyük diasporu vardır. Azərbaycanlılarla bizim oxşar dillərimiz və birgə keçmişimiz tariximiz var. Ermənistana gəlincə isə Mərkəzi Asiyada Qazaxstan SSR-in rəhbəri olmuş Levon Mirzoyanın apardığı milli siyasət və daşnakların xalqa qarşı törətdiyi soyqırımı qazax xalqının yaddaşından çıxmayıb. Azərbaycanla əlaqələrin kifayət qədər inkişaf etməməsi və Ermənistanla yaxınlaşması yalnız Nazarbayevin Avroasiya İqtisadi İttifaqını saxlamaq istəyindən və bu qurumun ideya ilhamvericisi və başçısı kimi özünü görməsindən irəli gəlib.
Aygül Utepovanın fikrincə Qazaxstanın yeni seçilmiş prezidenti Kasım-Jomart Tokayev kitay yönlü siyasətçisidir: -- Dərhal qeyd etmək istəyirəm ki, Qazaxıstanda heç kim Tokayevi uzaq perspektivdə görmür. Ona prezident postunda qısa müddət qalmağı arzu edirlər. Çox güman ki, o öz kreslosunda bir ildən çox oturmayacaq. Əgər onun prezidentlik müddətini tam oturacağını təsəvvür etsək, türk ölkələri ilə münasibətlərin inkişafını, çətin ki, gözləməyə dəyər. Tokayev kitay yönlü siyasətçi hesab olunur. Əgər mənbələrə inansaq, o, hətta çin dilini də bilir. O, ana dilində danışmır. Türkiyənin "Çinə düşmən" ölkələr siyahısına daxil olduğu məlumdur. Bu siyahı heç bir yerdə dərc edilmir, lakin bir çoxları onu gördüklərini və bu qara siyahının mövcud olduğunu düşünürlər. Uzun illər əvvəl Tokayev Baş nazir olarkən o, nəhəng Qazax ərazilərinin Çinə verilməsində iştirak etmişdir. Gələcəkdə Çinlə münasibətləri korlamamaq üçün onun digər ölkələrlə münasibətlərdə paritet saxlayacağı, yaxud ümumiyyətlə, türk dünyasından uzaqlaşacağı gözlənilir.
Tərcümə etdi A.Məmmədli.
"Yeni Sozcu”