Qazaxıstanda Prezident seçkilərində Tokayev qalib gəldi

Qazaxıstanda Prezident seçkilərində Tokayev qalib gəldi

 

 

    İyunun 9-da Qazaxıstanda keçrilən növbədənkənar prezident seçkilərində, hakim "Nur Otan” partiyasının namizədi, hazırkı dövlət başçısı Kasım-Jomart Tokayev qalib gəlir. Mərkəzi Seçki Komissiyası seçkilərində səsvermənin ilkin nəticələrini açıqlayaraq, seçicilərin 70,76 faizinin hazırkı dövlət başçısı Kasım-Jomart Tokayevə səs verdiyini bəyan edib. Müxalifətdən olan namizəd Amircan Kosanov 16,02 faiz səs toplayıb. Parlamentin aşağı palatasının "Ak jol” (İşıqlı yol) partiyasından olan deputatı Daniya Espayevaya 5,2 faiz seçici səs verib. Digər namizədlər isə 4 faizdən aşağı səs toplayıblar.  Mərkəzi Seçki Komissiyası  növbədənkənar prezident seçkilərində seçicilərin fəallığının 77,4% təşkil  etdiyini bildirmişdir. Onuda qeyd etmək lazımdır ki, bu seçkidə ölkənin müstəqilliyinin bütün dövrlərində "Millətin Lideri" (Elbası) Nursultan Nazarbayev iştirak etmirdi. Ali dövlət vəzifəsinə yeddi namizəd iddia edirdi ki, onlardan da hazırkı dövlət başçısı Kasım-Jomart Tokayev şərtsiz favorit sayılırdı.

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti