Azərbaycanda yenidən sərt karantin tətbiq ediləcək? - AÇIQLAMA

“Pandemiya nə Azərbaycanda, nə də dünyada bitməyib. Qarşıdan gələn payız mövsümündə nələrlə qarşılacağımızı təxmin edə bilirik”.
Sozcu.info xəbər verir ki, bu sözləri APA TV-yə müsahibəsində Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.
H.Harmancının sözlərinə görə, qarşıdakı aylarda sərt karantin rejimininin tətbiqi iki nüansdan asılıdır:
“Birinci insanların davranışlarından, karantin qaydalarına necə əməl etmələrindən, ikinci isə sentyabr-oktyabr aylarında hökumətin alacağı qabaqlayıcı tədbirlərdən asılıdır.
Əgər hər kəs pandemiyanın bitdiyi kimi davranarsa, biz qarşıdakı aylarda yoluxma saylarında ciddi artımlarla qarşılaşa bilərik”.


Oxşar Xəbərlər

Xəbər lenti