Azərbaycandan Türkiyəyə növbəti dəstək: Amfibiya təyyarəsi yola salındı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığına əsasən, FHN-ə məxsus "BE-200ÇS" tipli amfibiya təyyarəsi Türkiyə Respublikasına yola düşüb.
Sozcu.info-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti - 3-cü qrupu bu gün saat 10:00-da yola salınacaq.
Yanğın-xilasetmə qrupuna 40 ədəd yanğınsöndürmə texnikası və 150 nəfər yanğınsöndürən daxildir.
 
 



Oxşar Xəbərlər

Xəbər lenti