Eks-prezidentin nəvəsini “İnterpol“ axtarır

"İnterpol" Meksikanın keçmiş prezidentinin nəvəsini axtarışa verib.
Yenisabah.az xəbər verir ki, 66 milyon 285 min peso (3.3 milyon dollar) məbləğində vergi fırıldaqçılığı ittihamı ilə haqqında həbs qərarı verilən iş adamı Migel Aleman Manyaninin saxlanılması üçün qırmızı bülleten çıxarılıb.
Meksika federal məhkəməsi Manyaninin həbsinə iyulun 8-də qərar verib.
Cinayətin 2018-ci ildə "Interjet" şirkətində işlədiyi zaman törədildiyi iddia edilir.
Yanvar ayında ölkəni tərk edən və o vaxtdan bəri Fransada olduğu deyilən müttəhimin vəkili mətbuata şirkətin vergi borcunu nəzarət payının yeni sahibi iş adamı Alexandro del Valyenin ödəyəcəyini söyləyib.
Aleman və del Valye arasındakı müvafiq müqavilə 2020-ci ilin iyununda bağlanılıb.
Migel Aleman Manyani siyasət, iş və əyləncə sənayesi ilə məşğul olan tanınmış bir Meksika sülaləsinin nümayəndəsidir. Onun babası 1946-1952-ci illərdə hakimiyyətdə olmuş ölkənin keçmiş prezidenti Migel Aleman Valdesdir.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}