10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
Əvvəlki
Sonrakı
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
12-06-2026, 21:58
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
11-06-2026, 21:19
Xameneinin harada dəfn olunacağı açıqlandı
8-06-2026, 22:05
“Qara günlər” başlayır - Yay ayları ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
29-05-2026, 12:03
İranda keçmiş MMA çempionu edam edildi
26-05-2026, 21:18
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Sülh sazişindən imtina Ermənistanı məhvə aparır
44 günlük Vətən Müharibəsini sonlandıran 10 noyabr üçtərəfli bəyanatı imzalandıqdan sonra Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi faktiki olaraq öz həllini tapdı. Bu bəyanat həm də Ermənistanın baş naziri Nikol Paşinyanın kapitulyasiya aktı imzalaması kimi tarixə düşdü. Prezident İlham Əliyev müharibə başa çatdıqdan sonra dəfələrlə qeyd edib ki, münaqişə həll olunub, Azərbaycan öz torpaqlarını işğaldan azad edib, ərazi bütövlüyümüz təmin olunub.
Prezidentdən sitat: “...Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz həllini tapıb. Bu münaqişə həll olunub. Bunu da həll edən tərəf bizik, Azərbaycan dövlətidir. Biz bunu birtərəfli qaydada həll etmişik. Əgər kimsə, mən ordan-burdan eşidirəm, yenə də başlayıb ki, məsələ öz həllini tapmalıdır, bu münaqişə həll olunmayıb, çox yanlış və təhlükəli yoldadırlar...”
Dünya birliyi, beynəlxalq təşkilatlar 44 günlük müharibənin nəticələrini və 10 noyabrda imzalanmış birgə bəyanatı tanıdığı halda Cənubi Qafqazda maraqları olan bəzi qüvvələr “münaqişənin” bitmədiyini bəyan edərək, Qarabağın “statusu” məsələsini gündəmdə saxlamağa çalışırlar.
Hər kəsə məlumdur ki, ATƏT-in Minsk Qrupu ötən dövr ərzində münaqişənin həllinə nəzərəçarpan töhfə verə bilməyib. 30 il ərzində münaqişəni həll edə bilməyən bir qurumun, işğala son qoyulduqdan sonra “Dağlıq Qarabağın statusu” məsələsini gündəmə gətirməsi, adi siyasi etika qaydalarından da çox uzaq yanaşmadır. Əgər həmsədrlər işləmək istəyirdilərsə, münaqişənin həllinə töhfə vermək, iki xalqı barışdırmaq fikirində idilərsə, o zaman bu niyyətlərini 44 günlük müharibədən əvvəl həyata keçirməli idilər.
Azərbaycan müstəqil dövlətdir və Birləşmiş Millətlər Təşkilatının verdiyi hüquqlardan istifadə edərək hərbi əməliyyatlar yolu ilə torlaqlarını işğaldan azad edib. Üstəlik bunun belə olacağını Azərbaycanın dövlət başçısı dəfələrlə dünya ictimaiyyətinə bəyan edib. Açıq formada ifadə olunub ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllində maraqlıdır, lakin əgər bu istiqamətdə hər hansı irəliləyiş olmazsa, status-kvonun sonsuza qədər dəyişməz qalmasına imkan verilməyəcək! Verilmədi də!
Əlbəttə, müharibədən sonrakı dövrdə də bütün münasibətlər Azərbaycan Konstitusiyası və qanunları əsasında həll edilməlidir. Hər hansı üçüncü tərəfə Azərbaycanın suveren əraziləri barədə hökmlə danışmağa hüquq verilməyib. ATƏT MQ-nun da belə bir mandatı yoxdur. Bu xüsusda da Prezident İlham Əliyev kifayət qədər qətiyyətli mövqe nümayiş etdirir. O öz çıxışlarında regiondakı maraqlarını təmin etməyə çalışan qüvvələr açıq mesajlar verir.
Sitat: “...Biz Qələbə qazanmışıq. Bizim bu gün gündəlikdə duran hər hansı başqa bir məsələmiz yoxdur. Biz öz sərhədlərimizə çıxmışıq, Ermənistan-Azərbaycan sərhədini nəzarətə almışıq. Biz artıq quruculuq işlərinə başlamışıq. Əgər kimsə deyirsə ki, münaqişə həll olunmayıb, gəlsin desin, bunun həllini necə görür, nə həll olunmayıb? Əgər dırnaqarası Dağlıq Qarabağın statusundan söhbət gedirsə, mən demişəm, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Ümumiyyətlə, bu söz, ifadə işlədilməməlidir. Dağlıq Qarabağ yoxdur, Qarabağ var. İyulun 7-də imzaladığım Fərman əsasında Qarabağ iqtisadi zonası yaradıldı, vəssalam. Bütün Qarabağa aid olan rayonlar orada birləşib...”.
Görünən odur ki, münaqişənin həll olunmadığını bəyan edən qüvvələr yenə də Ermənistandan alət kimi istifadə etmək, Qarabağda olan erməniləri aqressiv separatizmə yönəltməyə cəhd göstərirlər. Təbii ki, bu, təhlükəli oyundur və bu gedişat son nəticədə Ermənistan adlı ölkənin tamamilə məhvi ilə nəticələnə bilər. Çünki İkinci Qarabağ Müharibəsi nəticəsində Ermənistanın bütün hərbi və iqtisadi resursları tükənib. İndi İrəvanın yeni müharibə üçün heç bir potensialı yoxdur. Bunu vəziyyəti gərginləşdirməyə çalışan xarici siyasi güclər də yaxşı bilir. Amma regiona nüfuz etmək üçün gücü tükənmiş Ermənistanı maşa kimi ortaya atmalarından başqa yolları qalmayıb. Əgər İrəvan dəmir yumruğun yenidən zərbə endirməsini istəmirsə, regionu qarışdırmaq istəyən qüvvələrin deyil, Azərəbaycanın təklif etdiyi sülh sazişinin icrası barədə düşünməlidir. Azərbaycan Prezidenti Ermənistanla sülh müqaviləsinin vacibliyini də vurğulayıb.
Sitat: “…Mən bir neçə dəfə demişəm ki, biz Ermənistanla sülh müqaviləsini imzalamağa hazırıq. Yəni, bu işlərin başlanmasına hazırıq. Ancaq Ermənistan tərəfindən buna reaksiya yoxdur, rəsmi reaksiya yoxdur. Qeyri-rəsmi kanallarla bizə çatan məlumat budur ki, Ermənistan buna hazır deyil. Hesab edirəm, bu, çox böyük bir səhv olacaq. Necə ki, müharibə ərəfəsində və müharibə dövründə Ermənistan tərəfi böyük səhvlər buraxıb, hərbi cinayətlər törədib. Bu, növbəti böyük səhv ola bilər. Çünki bizim bu təklifimiz yeni real vəziyyətə əsaslanır. Biz hesab edirik ki, məsələ həll olunub, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi olmalıdır...”.
Prezident həm də bəyan edib ki, Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü tanımalıdır.
Sitat: “...Sərhədlərin tanınması olmalıdır, delimitasiya işlərinə start verilməlidir. Onu da bildirməliyəm ki, delimitasiya işləri ilə bağlı indi beynəlxalq təşkilatlar da müsbət reaksiya verirlər. Əgər Ermənistan bunu etmək istəmirsə, özü bilər, ancaq yaxşı fikirləşsinlər, sonra gec ola bilər. Necə ki, vaxtilə əgər öz xoşları ilə bizim torpaqlarımızdan çıxsaydılar, bu qədər rəzil duruma düşməzdilər...”.
Ermənistan sülh sazişindən imtina edirsə, deməli sülhdən və Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina edir. Belə olacağı təqdirdə Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanımır və nəyə görə də tanımalıdır?
Bugünki Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıb. Zəngəzur, Göyçə mahalı, İrəvan tarixi Azərbaycan torpaqlarıdır. Odur ki, Azərbaycanın tarixi, hüquqi və siyasi baxımdan ədaləti bərpa etməyə tam haqqı çatır.
Odur ki, rəsmi İrəvan sərhədlərindən çox uzaqlarda yerləşən və 44 günlük müharibə zamanı onlara yalnız boş siyasi bəyanatlarla dəstək olmağa çalışan siyasi güclərin deyil, ona sülh, əməkdaşlıq və mehriban qonşuluq təklif edən Azərbaycanın maraqlarına uyğun davranmalı, sülh müqaviləsi imzalamaqdan, ərazi bütövlüyümüzü tanımaqdan boyun qaçırmamalıdır. Sülh sazişi imzalamaqdan imtina, bu ölkənin II Qarabağ müharibəsindən daha ağır zərbə alması ilə nəticələnə bilər. Bu zərbəni endirmək üçün Azərbaycanın potensialı və resursları kifayət qədər genişdir. Cənab Prezident heç nəyi sözgəlişi demir. Dediyi bütün sözlərin, səsləndirdiyi bütün bəyanatların arxasında real güc və sarsılmaz iradə dayanır. Ermənistan inkişaf yoluna qədəm qoymaq istəyirsə, bütün cəhdlərini DƏMİR YUMRUQdan uzaq durmağa, regionda yaranmış yeni reallıqlarla barışmağa yönəltməlidir.
Oxşar Xəbərlər
“Dağlıq Qarabağda eşələnənlər” – İlham Əliyev ikinci “Dəmir yumruq” anonsu verir – TƏHLİL
"Dağlıq Qarabağ münaqişəsi artıq sona çatıb"
Prezident: ”İndi yeni dövr başlayıb - quruculuq və bərpa dövrü”
“Dağlıq Qarabağ münaqişəsi artıq keçmişdir”
Xəbər lenti
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
Zəngəzurda yeni savaş: Rus ordusu məşhur kəndə girişi bağlayıb
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
1 həftə sonra məzun olacaqdı...
-Foto
Trampın İran siyasətinə etirazlar artır
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
Avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
Bakıda qadın sürücü piyadanı vuraraq ÖLDÜRDÜ
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
SON DƏQİQƏ!
Xəzərdə ZƏLZƏLƏ OLDU
Azərbaycan neftinin son dəqiqə QİYMƏTİ
Rusiyanın 14 bölgəsində HƏYƏCAN -
Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI
Arazda batan 17 yaşlı gəncin meyiti tapıldı
Prezident bu quruma yeni SƏLAHİYYƏT VERDİ
Xameneinin dəfni bu tarixdə olacaq
Evini satanlar üçün ciddi problem:
Minlərlə vətəndaş qeydiyyatsız qala bilər
Bakıda hoteldə KİŞİ ÖLDÜ
Qanunsuz silah saxlayanlara xəbərdarlıq edildi
Abel Məhərrəmova vəzifə verildi
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
MİQ üzrə vakant yerlərin SİYAHISI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Nazir hesabat verdi
Saqqız iddiası ilə bağlı məktəb qalmaqalına rəsmi
AÇIQLAMA
Ruslan Quliyev dəfn olundu -
FOTO
Həkim səhvinə görə kompensasiya almaq mümkündür?
Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?
Trampdan İranla bağlı
MÜHÜM AÇIQLAMA
Ceyhun Bayramov gürcü həmkarı ilə görüşdü
Bağı olanlara ŞAD XƏBƏR -
Prezident sənəd İMZALADI
Azərbaycan və Gürcüstan XİN başçıları İstanbulda görüşdülər
Xameneinin harada dəfn olunacağı açıqlandı
Toy karvanında avtoxuliqanlıq etdi, həbs olundu
-VİDEO
Tramp “yeni müharibə” vədini rədd etdi, müsahibəni yarımçıq dayandırdı
İran və İsrail arasında gərginlik yenidən alovlandı
-Tərəflər qarşılıqlı hava hücumları həyata keçirdi
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Prezident FƏRMAN İMZALADI
Pirşağıda qanlı dava -
1 gənc həyatını itirdi
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
Trampın İran siyasətinə etirazlar artır
SOSİAL
1
2
3
4
5
6
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Yola maşınla çıxanlara VACİB XƏBƏR -
7 əsas küçədə…